https://sputnik.az/20221209/almanlar-soltsu-rusiya-federasiyasina-munasibetine-gore-tenqid-edibler-449454330.html
Almanlar Şoltsu Rusiya Federasiyasına münasibətinə görə tənqid ediblər
Almanlar Şoltsu Rusiya Federasiyasına münasibətinə görə tənqid ediblər
Sputnik Azərbaycan
Müzakirə iştirakçıları Avropanın təhlükəsizliyinin təmin edilməsində Rusiya Federasiyasının rolunun vacibliyini qeyd ediblər. 09.12.2022, Sputnik Azərbaycan
2022-12-09T23:56+0400
2022-12-09T23:56+0400
2022-12-09T23:56+0400
rusiya
dünya xəbərləri
almaniya
almaniya kansleri
emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e6/06/14/443124238_0:0:2714:1528_1920x0_80_0_0_f8554f265989630f3cf6ad763d3e859f.jpg
BAKI, 9 dekabr — Sputnik. Almaniya kansleri Olaf Şoltsun Almaniyanın "Focus Online" jurnalındakı məqalədə Rusiya Federasiyası və Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlaması nəşrin oxucularının mənfi reaksiyasına səbəb olub.Jurnalda dərc olunan "Makron Putinin tələsinə düşdü – Şolts daha ağıllıdır" məqaləsində şərhçi Ulrix Rayts Fransa prezidenti ilə Almaniya kanslerinin Ukrayna münaqişəsinin həllinə münasibətini müqayisə edib. Məqalədə qeyd edilib ki, Emmanuel Makron Moskva ilə danışıqlar aparmağı, həmçinin, NATO-nun genişlənməsi ilə bağlı narahatlığı nəzərə almağı zəruri hesab edir. Bununla yanaşı, Şolts əmindir ki, təhlükəsizlik zəmanəti Rusiya Federasiyasına deyil, Ukraynaya lazımdır.Məqaləyə yazılan şərhlərdə oxucular müəllifin Şolts haqqında fikirləri ilə razılaşmayıblar."Makron Putinin tələsinə düşüb – Şolts daha ağıllıdır. Makron sərbəst və rasional düşünür. Şolts, sadəcə, ABŞ-ın və Brüsseldəki avrokratların sadiq xidmətçisidir", - deyə şərhçilərdən biri yazıb.Müzakirə iştirakçıları qeyd ediblər ki, Fransa prezidenti Almaniya hakimiyyət orqanlarından fərqli olaraq, Avropanın təhlükəsizliyinin təmin edilməsində Rusiya Federasiyasının rolunun vacibliyini anlayır."Rusiya olmadan Avropada Təhlükəsizlik yoxdur. Bunu vaxtilə general Şarl de Qoll da heç bir tərəddüdsüz bəyan etmişdi, ondan əvvəl isə bunu Otto fon Bismark bildirmişdi " – deyə oxuculardan biri yazıb.Daha əvvəl Şoltsun, Almaniya Federativ Respublikasının Rusiya Federasiyası ilə Avropada silahlara nəzarət məsələlərini müzakirə etməyə hazır olduğunu bəyan etdiyi bildirilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/14/443124238_0:0:2714:2036_1920x0_80_0_0_5691e5d5a8586de67559f299cadf54d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, almaniya, almaniya kansleri, emmanuel makron
rusiya, almaniya, almaniya kansleri, emmanuel makron
Almanlar Şoltsu Rusiya Federasiyasına münasibətinə görə tənqid ediblər
Müzakirə iştirakçıları Avropanın təhlükəsizliyinin təmin edilməsində Rusiya Federasiyasının rolunun vacibliyini qeyd ediblər.
BAKI, 9 dekabr — Sputnik. Almaniya kansleri Olaf Şoltsun Almaniyanın "Focus Online" jurnalındakı məqalədə Rusiya Federasiyası və Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlaması nəşrin oxucularının mənfi reaksiyasına səbəb olub.
Jurnalda dərc olunan "Makron Putinin tələsinə düşdü – Şolts daha ağıllıdır" məqaləsində şərhçi Ulrix Rayts Fransa prezidenti ilə Almaniya kanslerinin Ukrayna münaqişəsinin həllinə münasibətini müqayisə edib. Məqalədə qeyd edilib ki, Emmanuel Makron Moskva ilə danışıqlar aparmağı, həmçinin, NATO-nun genişlənməsi ilə bağlı narahatlığı nəzərə almağı zəruri hesab edir. Bununla yanaşı, Şolts əmindir ki, təhlükəsizlik zəmanəti Rusiya Federasiyasına deyil, Ukraynaya lazımdır.
Məqaləyə yazılan şərhlərdə oxucular müəllifin Şolts haqqında fikirləri ilə razılaşmayıblar.
"Makron Putinin tələsinə düşüb – Şolts daha ağıllıdır. Makron sərbəst və rasional düşünür. Şolts, sadəcə, ABŞ-ın və Brüsseldəki avrokratların sadiq xidmətçisidir", - deyə şərhçilərdən biri yazıb.
Müzakirə iştirakçıları qeyd ediblər ki, Fransa prezidenti Almaniya hakimiyyət orqanlarından fərqli olaraq, Avropanın təhlükəsizliyinin təmin edilməsində Rusiya Federasiyasının rolunun vacibliyini anlayır.
"Rusiya olmadan Avropada Təhlükəsizlik yoxdur. Bunu vaxtilə general Şarl de Qoll da heç bir tərəddüdsüz bəyan etmişdi, ondan əvvəl isə bunu Otto fon Bismark bildirmişdi " – deyə oxuculardan biri yazıb.
Daha əvvəl Şoltsun, Almaniya Federativ Respublikasının Rusiya Federasiyası ilə Avropada silahlara nəzarət məsələlərini müzakirə etməyə hazır olduğunu bəyan etdiyi bildirilmişdi.