https://sputnik.az/20221208/xn-azad-olunmus-erazilerde-unesco-nun-texniki-missiyasinin-kecirilmesine-haziriq-449404693.html
XİN: Azad olunmuş ərazilərdə UNESCO-nun texniki missiyasının keçirilməsinə hazırıq
XİN: Azad olunmuş ərazilərdə UNESCO-nun texniki missiyasının keçirilməsinə hazırıq
Sputnik Azərbaycan
Mahmud Məmməd-Quliyev Azərbaycanın mədəniyyət nümunələrinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və artıq siyahıda Azərbaycan... 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T11:38+0400
2022-12-08T11:38+0400
2022-12-08T11:38+0400
unesco
siyasət
mahmud məmmədquliyev
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/12/425755050_0:13:2577:1462_1920x0_80_0_0_8708dccf5bb4085c6f4ef5c90724c1cb.jpg
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan həmişə UNESCO-nun dəyərlərini dəstəkləyib, təşviq edib, təşkilatın fəal üzvünə və etibarlı tərəfdaşına çevrilib. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri" mövzusunda beynəlxalq elmi konfransda deyib.Nazir müavini bildirib ki, Azərbaycan UNESCO-nun 2021-2025-ci illər üçün İcraedici Şurasına üzv seçilib. Onun sözlərinə görə, ölkə UNESCO-nun qlobal təhsil koalisiyasına qoşularaq dünya səviyyəsində təhsilin inkişafına dəstək verib, bu məqsədlə bu təşəbbüsə 1 milyon dollar vəsait ayırıb. Həmçinin, təşkilatın bir sıra proqramlarının həyata keçirilməsində iştirak edib, dəstəkləyib. Azərbaycan hökuməti Afrika İrsi Fonduna 100 min dollar ianə vermək töhfəsini üzərinə götürüb.Mahmud Məmməd-Quliyev Azərbaycanın mədəniyyət nümunələrinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və artıq siyahıda Azərbaycan mədəniyyətini təmsil edən 19 obyekt olduğunu vurğulayıb: "İki il əvvəl torpaqlarımızı 30 illik işğaldan azad etdik. İşğal illərində Ermənistan sistemli şəkildə Azərbaycana aid mədəni sərvəti dağıdıb, qanunsuz şəkildə mənimsəyib. Siz Ağdam səfərində bunu görmüsünüz. 67 məsciddən 65-i tamamilə məhv edilib. Ermənistanın mədəni irsimizə qarşı törətdikləri mədəni soyqırımıdır, UNESCO prinsiplərinin, beynəlxalq konvensiyaların pozulmasıdır".Nazir müavini qeyd edib ki, Azərbaycan təşkilatla işğaldan sonrakı dövrdə, yenidənqurma prosesi zamanı da əməkdaşlıqda maraqlıdır. O xatırladıb ki, ISESCO bu il Azərbaycana azad texniki missiya göndərib: "Biz azad olunmuş ərazilərdə UNESCO-nun müstəqil texniki missiyasının keçirilməsinə hazırıq, Ermənistan bunun qarşısını alır, prosesi siyasiləşdirir. Ermənistan bu addımlardan uzaq durmalıdır".TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 8-ci Dövrünün sədri, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz isə qeyd edib ki, Azərbaycan Qarabağda illərdir davam edən işğalın sülhlə bitməsi üçün səbirlə gözlədi. Lakin bu nəticə vermədi: "Dünyanın hər yerində olduğu kimi, Azərbaycanın mədəni irsinin qorunması da ortaq məsuliyyətimizdir. Azərbaycan 44 günlük müharibə ilə öz torpaqlarını erməni işğalından azad etdi. Birlikdə Qarabağda təhrif edilən, dağıdılan mirasların yenidən canlandırılmasına çalışmalıyıq. Bu konqres beynəlxalq ictimaiyyətə edilən çağırışdır. Nəticələrinin müsbət olacağını düşünürük".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/12/425755050_67:0:2334:1700_1920x0_80_0_0_534633795ddea3b95470c566d40a76ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
unesco, mahmud məmmədquliyev
unesco, mahmud məmmədquliyev
XİN: Azad olunmuş ərazilərdə UNESCO-nun texniki missiyasının keçirilməsinə hazırıq
Mahmud Məmməd-Quliyev Azərbaycanın mədəniyyət nümunələrinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və artıq siyahıda Azərbaycan mədəniyyətini təmsil edən 19 obyekt olduğunu vurğulayıb.
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan həmişə UNESCO-nun dəyərlərini dəstəkləyib, təşviq edib, təşkilatın fəal üzvünə və etibarlı tərəfdaşına çevrilib. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri" mövzusunda beynəlxalq elmi konfransda deyib.
Nazir müavini bildirib ki, Azərbaycan UNESCO-nun 2021-2025-ci illər üçün İcraedici Şurasına üzv seçilib. Onun sözlərinə görə, ölkə UNESCO-nun qlobal təhsil koalisiyasına qoşularaq dünya səviyyəsində təhsilin inkişafına dəstək verib, bu məqsədlə bu təşəbbüsə 1 milyon dollar vəsait ayırıb. Həmçinin, təşkilatın bir sıra proqramlarının həyata keçirilməsində iştirak edib, dəstəkləyib. Azərbaycan hökuməti Afrika İrsi Fonduna 100 min dollar ianə vermək töhfəsini üzərinə götürüb.
Mahmud Məmməd-Quliyev Azərbaycanın mədəniyyət nümunələrinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və artıq siyahıda Azərbaycan mədəniyyətini təmsil edən 19 obyekt olduğunu vurğulayıb: "İki il əvvəl torpaqlarımızı 30 illik işğaldan azad etdik. İşğal illərində Ermənistan sistemli şəkildə Azərbaycana aid mədəni sərvəti dağıdıb, qanunsuz şəkildə mənimsəyib. Siz Ağdam səfərində bunu görmüsünüz. 67 məsciddən 65-i tamamilə məhv edilib. Ermənistanın mədəni irsimizə qarşı törətdikləri mədəni soyqırımıdır, UNESCO prinsiplərinin, beynəlxalq konvensiyaların pozulmasıdır".
Nazir müavini qeyd edib ki, Azərbaycan təşkilatla işğaldan sonrakı dövrdə, yenidənqurma prosesi zamanı da əməkdaşlıqda maraqlıdır. O xatırladıb ki, ISESCO bu il Azərbaycana azad texniki missiya göndərib: "Biz azad olunmuş ərazilərdə UNESCO-nun müstəqil texniki missiyasının keçirilməsinə hazırıq, Ermənistan bunun qarşısını alır, prosesi siyasiləşdirir. Ermənistan bu addımlardan uzaq durmalıdır".
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 8-ci Dövrünün sədri, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz isə qeyd edib ki, Azərbaycan Qarabağda illərdir davam edən işğalın sülhlə bitməsi üçün səbirlə gözlədi. Lakin bu nəticə vermədi: "Dünyanın hər yerində olduğu kimi, Azərbaycanın mədəni irsinin qorunması da ortaq məsuliyyətimizdir. Azərbaycan 44 günlük müharibə ilə öz torpaqlarını erməni işğalından azad etdi. Birlikdə Qarabağda təhrif edilən, dağıdılan mirasların yenidən canlandırılmasına çalışmalıyıq. Bu konqres beynəlxalq ictimaiyyətə edilən çağırışdır. Nəticələrinin müsbət olacağını düşünürük".