CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər suitilərinin kütləvi ölümünə nə səbəb olub? Rəsmi açıqlama

© AFP 2024 / Handout / North Caucasian branch of Russia's fisheries agencySuiti
Suiti - Sputnik Azərbaycan, 1920, 08.12.2022
Abunə olmaq
Dosent bildirib ki, noyabr-dekabr aylarında suitilər çoxalmaq üçün Xəzərin şimalında - Rusiya sularında sürü halında bir yerə cəmləşirlər. Xəzərin şimal hissəsində tələf olan suitilər güman ki, külək vasitəsilə Azərbaycan sahillərinə çıxıblar.
BAKI, 8 dekabr — Sputnik. Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı monitorinqlər keçirilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub.
"Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürüləcək və nəticələr barədə məlumat veriləcək" - o, deyib.
Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi dosent Süleyman Süleymanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, suitlərinin kütləvi ölümünün Xəzərin Azərbaycan hissəsində baş verməsi inandırcı görünmür:
"Xəzərin şimal hissəsində tələf olan suitilər külək vasitəsilə Azərbaycan hissəsinə gələ bilər. Çünki, Xəzərin şimal hissəsində, Rusiya ərazisində suitlərinin kütləvi qırğını qeydə alınıb".
S.Süleymanov bildirib ki, suitlərinin kütləvi ölüm səbəbi müxtəlif ola bilər: "Bir səbəb Xəzərə axıdılan çayların kimyəvi çirklənməsi ola bilər. Noyabr-dekabr aylarında suitilər çoxalmaq üçün Xəzərin şimalında - Rusiya sularında sürü halında bir yerə cəmləşirlər. Digər səbəb isə balıqçıların dənizdə balıq ovlamaq üçün partalayıcılardan istifadə etməsi ola bilər".
Həmsöhbətimiz bildirdi ki, suitilərin suiti taunu səbəbindən ölməsi barədə iddialar inandırıcı görünmür: "İnfeksion xəstəliklər suitiləri belə kütləvi şəkildə qıra bilməz. Bir-iki günün ərzində Xəzərin şimalında, Rusiya hissəsində 2500 suitinin qırılması faktı aşkarlanıb. Bu, çox güman ki, suyun toksiki zəhərlənmə ilə bağlıdır".
S. Süleymanov bildirib ki, bir neçə il əvvəl Xəzərin Azərbaycan hissəsində anoloji hadisə qeydə alınıb. Aparılan müşahidələr neft-qaz işlərinin daha da sürətlənməsi ilə əlaqədar olaraq son 10 ildə Xəzər dənizində güclü çirklənmə prosesinin getdiyini göstərib.
Dosent qeyd edib ki, Azərbaycanda suitilərin kütləvi ölümü halı araşdırılmalıdır. Ölmüş suiti cəsədlərindən nümunələr götürüb analiz etdikdən sonra onların ölüm səbəbi barədə qəti fikir söyləmək olar.
Xatırladaq ki, bir neçə gün əvvəl Xəzərin Dağıstan sahillərində 2500 suiti cəsədi aşkarlanıb.
Rusiya və Qazaxıstan elmi mərkəzləri ilə aparılan ilkin müzakirələr zamanı hazırki suiti ölümünün 2000-ci ildə it taunu virusu ilə yoluxma nəticəsində baş vermiş kütləvi ölüm halları ilə oxşar olması ehtimalı irəli sürülüb.
Xəbər lenti
0