Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlar arasında geniş yayılan yeni virus hansıdır - Həkim rəyi

© Sputnik / Валерий Титиевский / Mediabanka keçidUşaq xəstəxanası
Uşaq xəstəxanası  - Sputnik Azərbaycan, 1920, 08.12.2022
Abunə olmaq
Uşaqlar arasında yayılan xəstəliklə mübarizə aparmaq üçün öncə immuniteti qaldırmaq lazımdır.
BAKI, 8 dekabr — Sputnik. Hər il mövsümə uyğun olaraq qripin ştammları dəyişir. Bu il də əhali arasında ötənilkindən fərqli bir virus yayılıb. Yəni bu, ötənilki virusların daha da mutasiyaya uğramış versiyasıdır. Yayılan yeni virus uşaqlarda quru öskürəklə, fəsadlaşma ilə müşayiət olunur. Bunu Sputnik Azərbaycan-a açıqlamasında həkim-pediatr Afət İbrahimli deyib.
© Sputnik / Alexandr Kondratyuk / Mediabanka keçidTibb bacısı poliklinikada uşağı peyvənd edir, arxiv şəkli
Медсестра делает прививку ребенку в детской поликлинике - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Tibb bacısı poliklinikada uşağı peyvənd edir, arxiv şəkli
Onun sözlərinə görə, xüsusən də allergiyası olan uşaqlarda daha çox fəsadlaşma müşahidə olunur:
"İndiki uşaqların 99 faizi allergiyalıdır. Allergiya olduğundan immunitet zəifləyir və bu da xəstəliyin daha da ağırlaşmasına səbəb olur, uzun müddət üçün xəstəlikdən sağalmaq mümkün olmur".
Həkim onu da bildirir ki, hər uşaq xəstəliyi individual keçirir:
"Elə uşaqlar var ki, xəstəliyi yüngül, eləsi də var ki, ağır keçirir. Məktəb və bağça uşaqları sağalmamış qayıtdıqları üçün virusu daha da ağır keçirirlər".
Həkim bildirir ki, müalicə üçün konkret bir dərman yoxdur:

"Lakin xəstəliklə mübarizə üçün əsas immuniteti qaldırmaq lazımdır. Bəzən qripə görə antibiotikdən istifadə edilir ki, bu da xəstəliyi daha da şiddətləndirir. Tövsiyə edirəm ki, immuniteti qaldırmaq üçün təbii vasitələrdən istifadə edilsin. Bu xəstəlik daha çox bronxlara fəsad verir".

"Bundan başqa, müəyyən yanaşı problemi olanlarda da fəsadlaşma müşahidə olunur. Bura böyrəklərdəki fəsadı da aid etmək olar", - deyə həkim əlavə edib.
A.İbrahimli onu da bildirib ki, yeni nəslin viruslarla mübarizədə zəif olmasının səbəbi həmçinin kimyəvi tərkibli qidalara daha çox üstünlük verilməsidir.
© Sputnik / Murad OrujovKörpə üçün süd qarışığı, arxiv şəkli
Бутылка с молочной смесью - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Körpə üçün süd qarışığı, arxiv şəkli
Digər pediatr Fərəh Vahabova da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqlar arasında yeni infeksiyon virus yayılıb:

"Bu virus yüksək qızdırma, boğaz ağrısı və öskürəklə müşayiət olunur. Bəzi hallarda qusma və ishal da olur. Demək olar ki, qızdırmasalıcı preparatlarla qızdırmanı çox çətinliklə salmaq olur. Öskürək isə bronxit və pnevmaniyaya gətirib çıxara bilər".

O bildirir ki, müalicə vaxtında və düzgün aparılmazsa, xəstəlik daha da uzun sürə və ağır fəsadlar verə bilər:
"Azçəkili, zəif, qan azlığı, yanaşı xəstəliyi olan uşaqlarda xəstəlik daha uzun müddət sürə, ağır fəsadlar da verə bilər".
Həkim qeyd edir ki, hələlik uşaqla arasında yayılan virusun yeni ştammının adı yoxdur.
Qeyd edək ki, bu gün dünyanın bir çox ölkələrində yuxarı tənəffüs yolları virusları geniş yayılıb.
ABŞ və bəzi digər inkişaf etmiş ölkələrdəki xəstəxanalarda artıq boş çarpayı tapılmır. Artıq bir çox ölkələrdə bəzi xəstəxanalar sırf bu səbəbdən boşaldılır.
Beş yaşdan kiçik uşaqlar, xüsusən də yeni doğulmuş körpələr də bu virusun inkişaf riski altındadır. Əvvəlki illərlə müqayisədə bu gün dnüyada qripin bu mutasiyaya uğramış növü ilə xəstələnənlərin də sayında artım müşahidə edilir.
Mütəxəssislər bildirir ki, öncəki illərdə sərt karantin tələblərinə əməl olunsa da, cari ildə buna əməl olunmadığı üçün rəqəmlərdə artım var.
Onlar həmçinin virusun gedişatındakı ağırlaşmaların bronxitə və bunun da nəticə etibarı ilə pnevmaniyaya səbəb ola biləcəyini qeyd edirlər.
Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, havaların soyuduğu payız-qış aylarında hər il müxtəlif qrip və respirator virus infeksiyalarının sürətlə yayıldığı müşahidə edilir:
"Bu il də istisna deyil. Hazırda Azərbaycanda qrip virusunun olması təsdiqlənməsə də, Avropada və qonşu ölkələrdə bu haqda məlumatlar verilib. Bu tip infeksiyaların xüsusən kiçikyaşlı uşaqlarda, yaşlılarda, xroniki xəstəlikləri və immun çatışmazlığı olan şəxslərdə ağır keçməsi və fəsadlaşması gözləniləndir".
© Photo : TRENDTəyyar Eyvazov
Təyyar Eyvazov  - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Təyyar Eyvazov
İnfeksionist onu da deyib ki, adətən qrip və digər respirator virus infeksiyalarının əksər insanlarda yüngül keçməsi və 5-7 gün ərzində sağalması müşahidə edilir:
"Əgər xəstəlik bundan çox davam edərsə, bu, artıq fəsadların olmasından xəbər verir. Bu fəsadlara pnevmoniyalar, qulaq və burun civlərinin iltihabı, ürək əzələsinin, sinir sisteminin zədələnmələri və sair aiddir. Belə vəziyyətlərdə vaxtında həkim müdaxiləsi çox zəruridir", - deyə o əlavə edib .
Xəbər lenti
0