SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Toyvo Klaar İrəvanda Paşinyan və Mirzoyanla nəyi müzakirə edib?

© Photo : APAAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar - Sputnik Azərbaycan, 1920, 08.12.2022
Abunə olmaq
Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik təminatı müzakirəyə çıxarılıb.
BAKI, 8 dekabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla İrəvanda keçirdiyi görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Sputnik Ermənistanın xəbərinə görə, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik təminatı müzakirə olunub.
N.Paşinyan və T.Klaar həmçinin regionda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistanın sərhəd delimitasiyası və yolların açılmasını da müzakirə ediblər.
Bundan əvvəl Toyvo Klaar Ararat Mirzoyanla İrəvan və Bakı arasında sülh sazişinin hazırlanması məsələsini müzakirə edib.

Aİ-nin Cənubi Qafqaz üzrə təmsilçisi və Ermənistan XİN rəhbəri sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması üzrə də fikir mübadiləsi aparıblar.
Xəbər lenti
0