https://sputnik.az/20221208/suren-papikyan-serhedde-veziyyet-gergin-olaraq-qalir-449403836.html
Suren Papikyan Moskvaya gedib: Sərhəddə vəziyyət gərgin olaraq qalır
Suren Papikyan Moskvaya gedib: Sərhəddə vəziyyət gərgin olaraq qalır
Sputnik Azərbaycan
Yeni silahların alınması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, müxtəlif bazarların axtarışı həmişə aparılıb, son bir ildə Ermənistan tərəfinə... 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T11:01+0400
2022-12-08T11:01+0400
2022-12-08T11:13+0400
ermənistan
siyasət
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449403622_0:0:1920:1080_1920x0_80_0_0_d0c1c5b24d80c6469edc338f73a4b559.jpg
BAKI, 8 dekabr — Sputnik. Sərhəddə vəziyyət gərgin olaraq qalır, lakin narahatlıq üçün konkret səbəb yoxdur. Bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Ermənistan müdafiə naziri Suren Papikyan deyib.Sərhəddə davamlı atışmalar davam edir və son bir ildə burada heç nə dəyişməyib. O əlavə edib ki, hökumətin vəzifəsi danışıqlar yolu ilə sülhə nail olmaqdır."Təhlükənin aradan qaldırıldığını deyə bilmərəm, amma qorxutmaq da istəmirəm, çünki indi konkret narahatlıq üçün heç bir əsas yoxdur", - Papikyan qeyd edib.Yeni silahların alınması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, müxtəlif bazarların axtarışı həmişə aparılıb, son bir ildə Ermənistan tərəfinə verilən yeni imkanlar nəzərdən keçirilib."Biz bir çox qapıları döydük, bu, təbii prosesdir. Söhbət yeni keyfiyyətdə silahların alınmasından gedir", - deyə nazir qeyd edib.Onun sözlərinə görə, mühüm işlər görülür, müəyyən nəticələr var.Qeyd edək ki, Suren Papikyan Rusiyaya işgüzar səfərə gedib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, o, Moskvada Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşəcək.Sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449403622_378:0:1819:1081_1920x0_80_0_0_fdf7db107fb9bda38edd59c3e270be33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan
Suren Papikyan Moskvaya gedib: Sərhəddə vəziyyət gərgin olaraq qalır
11:01 08.12.2022 (Yenilənib: 11:13 08.12.2022) Yeni silahların alınması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, müxtəlif bazarların axtarışı həmişə aparılıb, son bir ildə Ermənistan tərəfinə verilən yeni imkanlar nəzərdən keçirilib.
BAKI, 8 dekabr — Sputnik. Sərhəddə vəziyyət gərgin olaraq qalır, lakin narahatlıq üçün konkret səbəb yoxdur. Bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Ermənistan müdafiə naziri Suren Papikyan deyib.
Sərhəddə davamlı atışmalar davam edir və son bir ildə burada heç nə dəyişməyib. O əlavə edib ki, hökumətin vəzifəsi danışıqlar yolu ilə sülhə nail olmaqdır.
"Təhlükənin aradan qaldırıldığını deyə bilmərəm, amma qorxutmaq da istəmirəm, çünki indi konkret narahatlıq üçün heç bir əsas yoxdur", - Papikyan qeyd edib.
Yeni silahların alınması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, müxtəlif bazarların axtarışı həmişə aparılıb, son bir ildə Ermənistan tərəfinə verilən yeni imkanlar nəzərdən keçirilib.
"Biz bir çox qapıları döydük, bu, təbii prosesdir. Söhbət yeni keyfiyyətdə silahların alınmasından gedir", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, mühüm işlər görülür, müəyyən nəticələr var.
Qeyd edək ki, Suren Papikyan Rusiyaya işgüzar səfərə gedib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, o, Moskvada Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşəcək.
Sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.