CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıt-Bakı qatarında faciə: 20 yaşlı gənc həyatını itirdi

© Azerbaijan Railways CJSCSumqayıt-Bakı qatarı
Sumqayıt-Bakı qatarı - Sputnik Azərbaycan, 1920, 08.12.2022
Abunə olmaq
Baş vermiş hadisə qatarın təxminən 30 dəqiqə gecikməsinə, bununla digər qatarların hərəkətində də ləngiməyə səbəb olub.
BAKI, 8 dekabr — Sputnik. Sumqayıt-Bakı elektrik qatarının vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub. Elektrik qatarının vurduğu şəxsin 2002-ci il təvəllüdlü Ağazadə Hacı Əmralı oğlu olduğu bildirilir. Hadisə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub. "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Sputnik Azərbaycan-a verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır. Qatar təxminən 30 dəqiqə gecikib və bununla digər qatarların hərəkətində də ləngiməyə səbəb olub.
Xatırladaq ki, bir müddət əvvəl buna bənzər hadisə Keşlə dəmir yolu stansiyasında qeydə alınmışdı. "Stadler- EŞ- 019" saylı Biləcəri- Keşlə-Bakı istiqamətində hərəkət edən sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən Araz Məmmədovu vurmuşdu. Araz Məmmədov hadisə yerində ölmüşdü.
Xəbər lenti
0