https://sputnik.az/20221208/solts-bir-il-kanslerlikden-sonra-ikinci-muddete-namized-olacagini-bildirib-449408654.html
Şolts bir il kanslerlikdən sonra ikinci müddətə namizəd olacağını bildirib
Şolts bir il kanslerlikdən sonra ikinci müddətə namizəd olacağını bildirib
Sputnik Azərbaycan
Şolts qeyd edib ki, uzunmüddətli perspektivdə müstəqil olmaq üçün Almaniya lazımi qərarlar qəbul edir. 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T23:05+0400
2022-12-08T23:05+0400
2022-12-08T23:05+0400
almaniya
dünya xəbərləri
kansler
almaniya kansleri
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445568773_0:161:3071:1888_1920x0_80_0_0_bc5d897e7195f43ef6886a04e3a2b612.jpg
BAKI, 8 dekabr — Sputnik. Almaniya Kansleri Olaf Şolts kansler kimi birinci ilini başa çatması fonunda 2025-ci ildə keçiriləcək seçkilərdə ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb. Bu barədə Rusiya mediası xəbər verib."Əlbəttə mən namizədliyimi irəli sürəcəyəm", - deyən Şolts “Funke” media qrupuna verdiyi müsahibədə hökumət koalisiyasının "yenidən mandat almasını" istədiyini söyləyib.Qarşıdakı ilə nə qədər inamla baxdığı sualına cavab verən Şolts bildirib ki, Avropa üçün Rusiyanın Ukraynadakı hərbi əməliyyatının nəticələrinə baxmayaraq, Almaniya bu dövrü keçəcək qədər güclüdür.Almaniya Kanslerinin sözlərinə görə, “artıq Rusiyanın enerji tədarükünə ümid etməyə dəyməz”."İndi biz uzunmüddətli perspektivdə müstəqil olmaq üçün lazımi qərarlar qəbul edirik", - deyə Şolts qeyd edib.O bildirib ki, ölkə hakimiyyəti enerji daşıyıcılarının qiymətlərini cilovlamaq üçün 200 milyard avro ayırıb və qazın qiymətinin gələcəkdə normallaşması gözlənilir, çünki “idxal üçün yeni imkanlar yaranacaq”."Biz yəqin ki, müharibədən əvvəl olan aşağı qiymətlərə qayıtmayacağıq. Lakin Almaniya güclü və uğurlu sənaye ölkəsi olaraq qalacaq", - deyə Şolts bildirib.Şolts Almaniya hökumətinə 16 il rəhbərlik etmiş Angela Merkeli əvəz edərək 2021-ci ili dekabrın 8-də Almaniyanın Kansleri olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445568773_170:0:2901:2048_1920x0_80_0_0_7df467044fa6464075f1cf3fdcb61bfc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
almaniya, kansler, almaniya kansleri
almaniya, kansler, almaniya kansleri
Şolts bir il kanslerlikdən sonra ikinci müddətə namizəd olacağını bildirib
Şolts qeyd edib ki, uzunmüddətli perspektivdə müstəqil olmaq üçün Almaniya lazımi qərarlar qəbul edir.
BAKI, 8 dekabr — Sputnik. Almaniya Kansleri Olaf Şolts kansler kimi birinci ilini başa çatması fonunda 2025-ci ildə keçiriləcək seçkilərdə ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb. Bu barədə Rusiya mediası xəbər verib.
"Əlbəttə mən namizədliyimi irəli sürəcəyəm", - deyən Şolts “Funke” media qrupuna verdiyi müsahibədə hökumət koalisiyasının "yenidən mandat almasını" istədiyini söyləyib.
Qarşıdakı ilə nə qədər inamla baxdığı sualına cavab verən Şolts bildirib ki, Avropa üçün Rusiyanın Ukraynadakı hərbi əməliyyatının nəticələrinə baxmayaraq, Almaniya bu dövrü keçəcək qədər güclüdür.
Almaniya Kanslerinin sözlərinə görə, “artıq Rusiyanın enerji tədarükünə ümid etməyə dəyməz”.
"İndi biz uzunmüddətli perspektivdə müstəqil olmaq üçün lazımi qərarlar qəbul edirik", - deyə Şolts qeyd edib.
O bildirib ki, ölkə hakimiyyəti enerji daşıyıcılarının qiymətlərini cilovlamaq üçün 200 milyard avro ayırıb və qazın qiymətinin gələcəkdə normallaşması gözlənilir, çünki “idxal üçün yeni imkanlar yaranacaq”.
"Biz yəqin ki, müharibədən əvvəl olan aşağı qiymətlərə qayıtmayacağıq. Lakin Almaniya güclü və uğurlu sənaye ölkəsi olaraq qalacaq", - deyə Şolts bildirib.
Şolts Almaniya hökumətinə 16 il rəhbərlik etmiş Angela Merkeli əvəz edərək 2021-ci ili dekabrın 8-də Almaniyanın Kansleri olub.