Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Nağıl kimi yarmarka - "Soyuq əllər, isti ürək" davam edir

Abunə olmaq
Burada həm müxtəlif suvenirlər, yeni il hədiyyələri almaq, həm də bəzədilmiş yolka ağacı fonunda Şaxta Baba ilə şəkil çəkdirmək və yemək yemək olar.
Paytaxtın mərkəzində, Nizami küçəsində təşkil olunan ənənəvi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası həm yeli sakinlərin, həm də şəhərimizə gələn turistlərin böyük marağına səbəb olub.
Şəhərin ən qaynar nöqtəsi olan bu məkanda günün istənilən saatında insan sıxlığı ilə qarşılaşmaq mümkündür. Burada maraqlı, gözəl suvenirlər, kitablar, yeni il aksesuarları ilə yanaşı dadlı təamlar, fast-food yeməklər də əldə etmək mümkündür. Yarmarkanın üstünlüyü isə ondadır ki, buradan əldə olunan vəsait xeyriyyə məqsədilə istifadə olunur.
Hər il yeni il ərəfəsində paytaxtın mərkəzi küçəsi öz libasını dəyişərək əyləncə və istirahət məkanına çevrilir. Təmtəraqla bəzədilmiş bu məkana gələnlər özlərini bir anlıq Avropanın mərkəzində hiss edirlər. Fəvvarələr meydanında təşkil olunan xeyriyyə yarmarkasından əldə olunan bütün gəlirlərin müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrin müalicəsinə sərf olunması da xeyirsevər insanların ürəyincədir.
Məlumat üçün bildirək ki, "Nargis" Fondunun təşkil etdiyi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur.
Nazirlikdən verilən məlumata görə, dekabrın 1-dən başlayan yarmarkada mini-qolf, corn hole, qol güləşi, stolüstü futbol və 3 daş oyunu ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Hər il təşkil olunan yarmarkada bu il də müxtəlif suvenirlər, yeni il hədiyyələri almaq, həm də bəzədilmiş yolka ağacı fonunda Şaxta Baba ilə şəkil çəkdirmək və yemək yemək mümkünür.
Sözügedən yarmarkada öz əl işlərini satan şəxslər də var. Son zamanlar sosial mediada tanınan "Darayi" brendinin yaradıcısı Aynur Babaxanova bildirir ki, "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasında ilk dəfə iştirak edir:
"Yeni il ərəfəsi olduğuna görə aksesuar almaq istəyənlərin sayı çoxdur. Qiymətlər münasibdir, hələ bəzən endirim də edirik ki, hər kəs ala bilsin".
Əsasən də fast-food və qida məhsulları satılan piştaxtaların önündə növbə gözləyən onlarla alıcıya rast gəlmək mümkündür.
Lakin qiymətlərin müəyyən qədər baha olması alıcılığa təsir göstərir. Paytaxt sakinləri əsasən qutab, "peraşki", çay və şirniyyatların baha olmasından narazıdırlar. Məsələn, hər yerdı 40-50 qəpiyə satılan qutab yarmarkada 2 dəfə baha qiymətə təklif olunur.
Qeyd edək ki, "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası 15 yanvar 2023-cü il tarixinə qədər hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Yarmarkaya giriş sərbəstdir.
Xatırladırıq ki, "Nargis" Fondu 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib. 2013-cü ildən etibarən Fond tərəfindən "Soyuq əllər, isti ürək" qış xeyriyyə yarmarkası hər il Fəvvarələr meydanında təşkil edilir.
Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan körpələr məhz "Soyuq əllər, isti ürək" yarmarkası sayəsində toplanan vəsaitlərin hesabına yenidən sağlamlığa qovuşublar. Hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi saytı və sosial şəbəkələrində paylaşılır.
2020-ci ildə həm bahar, həm qış xeyriyyə yarmarkalarının keçirilməsi xüsusi karantin rejimi səbəbi ilə təxirə salınıb. Bütün çətinliklərə və maneələrə baxmayaraq, "Nargis" Fondu qeydiyyata aldığı ailələrə kömək etməyə davam edib, bu müddət ərzində 50-dən çox uşaq xeyriyyəçilərin və şəxsən Fond rəhbərliyinin maliyyə dəstəyi ilə müalicə və əməliyyata göndərilib. Tədbirdə karantin rejimi qaydalarının qorunmasına və gözlənilməsinə yarmarka iştirakçıları, habelə birbaşa Fond rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarət edilir.
Xəbər lenti
0