https://sputnik.az/20221208/cinden-gelen-xeberler-neft-bazarina-musbet-tesir-gosterir-449408294.html
Çindən gələn xəbərlər neft bazarına müsbət təsir göstərir
Çindən gələn xəbərlər neft bazarına müsbət təsir göstərir
Sputnik Azərbaycan
"Brent" markalı neftin qiyməti yanvarın 4-dən indiyədək ilk dəfə 80 ABŞ dollarından aşağı düşüb. 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T22:30+0400
2022-12-08T22:30+0400
2022-12-08T23:10+0400
neft
neft-qaz
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449134956_0:0:3072:1728_1920x0_80_0_0_99ccb08fa658d41dc8f06f217501b1d1.jpg
BAKI, 8 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri nisbətən bahalaşıb.London birjasında "Brent" markalı neftin qiyməti 0,38 dollar artaraq 77,55 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,49 dollar bahalaşaraq 72,5 dollar olub.Azərbaycan neftinin qiyməti isə 1,76 dollar azalaraq 80,33 dollar olub.Qeyd edək ki, Çindən gələn xəbərlər neft bazarına müsbət təsir göstərir. Pekində COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində 20 günə yaxın bağlı olan istirahət məkanları, o cümlədən parklar açılıb, kafe və restoranlarda yerində xidmətlər bərpa olunub. Bu, hökumətin COVID-19 virusu ilə mübarizə tədbirlərini mərhələli şəkildə yumşaltmaq qərarından sonra reallaşıb.Yay aylarından başlayan pandemiyanın hazırkı dalğasında Çinin bir neçə iri şəhərində, o cümlədən paytaxt Pekində epidemik vəziyyət ağırlaşmışdı. Noyabrın ortasından etibarın Pekində virusla mübarizə tədbirləri çərçivəsində bütün əyləncə və istirahət məkanları, xidmət obyektləri, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri, internet kafelər bağlanmış, gözəllik salonları fəaliyyətini dayandırmışdı. Son günlər epidemik vəziyyətin getdikcə yaxşılaşması fonunda bu qadağaların bəziləri aradan qaldırılsa da, orta məktəblərdə, ali təhsil ocaqlarında dərslərin əyani formada təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.Onu da bildirək ki, "Brent" markalı neftin qiyməti yanvarın 4-dən indiyədək ilk dəfə 80 ABŞ dollarından aşağı düşüb.Bu arada Səudiyyə Ərəbistanı Asiya ölkələri üçün neft qiymətlərini aşağı salıb. Bu addım tələbin az olması ilə bağlıdır. Qiymət hazırda mart ayından bəri ən aşağı səviyyədədir.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb."Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449134956_341:0:3072:2048_1920x0_80_0_0_69a204e3a5caaf2b263ca7c6732eb93a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, çin
Çindən gələn xəbərlər neft bazarına müsbət təsir göstərir
22:30 08.12.2022 (Yenilənib: 23:10 08.12.2022) "Brent" markalı neftin qiyməti yanvarın 4-dən indiyədək ilk dəfə 80 ABŞ dollarından aşağı düşüb.
BAKI, 8 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri nisbətən bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,38 dollar artaraq 77,55 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,49 dollar bahalaşaraq 72,5 dollar olub.
Azərbaycan neftinin qiyməti isə 1,76 dollar azalaraq 80,33 dollar olub.
Qeyd edək ki, Çindən gələn xəbərlər neft bazarına müsbət təsir göstərir. Pekində COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində 20 günə yaxın bağlı olan istirahət məkanları, o cümlədən parklar açılıb, kafe və restoranlarda yerində xidmətlər bərpa olunub. Bu, hökumətin COVID-19 virusu ilə mübarizə tədbirlərini mərhələli şəkildə yumşaltmaq qərarından sonra reallaşıb.
Yay aylarından başlayan pandemiyanın hazırkı dalğasında Çinin bir neçə iri şəhərində, o cümlədən paytaxt Pekində epidemik vəziyyət ağırlaşmışdı. Noyabrın ortasından etibarın Pekində virusla mübarizə tədbirləri çərçivəsində bütün əyləncə və istirahət məkanları, xidmət obyektləri, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri, internet kafelər bağlanmış, gözəllik salonları fəaliyyətini dayandırmışdı. Son günlər epidemik vəziyyətin getdikcə yaxşılaşması fonunda bu qadağaların bəziləri aradan qaldırılsa da, orta məktəblərdə, ali təhsil ocaqlarında dərslərin əyani formada təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.
Onu da bildirək ki, "Brent" markalı neftin qiyməti yanvarın 4-dən indiyədək ilk dəfə 80 ABŞ dollarından aşağı düşüb.
Bu arada Səudiyyə Ərəbistanı Asiya ölkələri üçün neft qiymətlərini aşağı salıb. Bu addım tələbin az olması ilə bağlıdır. Qiymət hazırda mart ayından bəri ən aşağı səviyyədədir.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.