SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti ilə görüşüb

© Photo : MFA AzerbaijanCeyhun Bayramov UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti ilə görüşüb
Ceyhun Bayramov UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 08.12.2022
Abunə olmaq
Nazir Ermənistanın törətdiyi kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə Azərbaycanın dəfələrlə UNESCO-ya xəbərdarlıq etdiyini və işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyi məsələsini qaldırdığını diqqətinə çatdırıb.
BAKI, 8 dekabr — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın ev sahibliyi etdiyi "Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının rolu" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və Türkiyə qardaşlıq münasibətləri, habelə iki ölkənin UNESCO üzrə Milli Komissiyaları müstəvisində sıx əməkdaşlıq məsələləri müzakirə edilib. Bu xüsusda türk dünyasına məxsus ortaq miraslarımızın UNESCO-nun müvafiq irs siyahılarına birgə təqdim edilməsi məsələlərində qarşılıqlı dəstəyin vacibliyindən söz açılıb.
C.Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində ölkəmizin mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasətin həyata keçirildiyini bildirərək ötən müddət ərzində mədəni sərvətimizə vurulmuş ziyandan, mədəni irsimizin qəsdən tarixi-mədəni xarakterinin dəyişdirilməsindən bəhs edib. Habelə, ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan danışıb.
Bundan əlavə, nazir 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verərək işğaldan azad edilmiş ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq lazımi qaydada mühafizəsi və bərpası işlərinin aparıldığını qeyd edib.
Nazir Ermənistanın törətdiyi kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə Azərbaycanın dəfələrlə UNESCO-ya xəbərdarlıq etdiyini və işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyi məsələsini qaldırdığını diqqətinə çatdırıb.
Görüşdə qarşı tərəf öz növbəsində TÜRKSOY-a üzv ölkələrin qeyri-maddi mədəni irsin qorunmasında birgə həyata keçirdiyi tədbirlərdən bəhs edib, Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi münasibətilə Azərbaycanı təbrik edib.
Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərində mədəni irsinin qorunmasının beynəlxalq səviyyədə ortaq məsuliyyətimiz olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
0