https://sputnik.az/20221208/britaniya-sirketi-gedebeyde-yeni-qizil-zonasi-askarlayib-449411266.html
Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarlayıb
Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarlayıb
Sputnik Azərbaycan
Son qazma quyularının mineral kəsişmələrinin davamlılığını və dərəcəsini, eləcə də faydalı qazıntı zonasının dərinliyini nəzərə alaraq, hasilat üçün yararlı... 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T15:32+0400
2022-12-08T15:32+0400
2022-12-08T15:32+0400
qızıl
cəmiyyət
gədəbəy
gədəbəy rayonu
britaniya
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437509815_0:0:3073:1728_1920x0_80_0_0_33bbeed9ab1fbef336f42a368728f67f.jpg
BAKI, 8 dekabr — Sputnik. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəydə yeni qızıl minerallaşması zonası aşkar edib.Bu barədə mədən şirkətindən bildirilib.Məlumata görə, "Anglo Asian" Gədəbəydəki Gilar yatağında 60 metr dərinlikdə qızıl və mis minerallaşma zonası müəyyən edib. Şirkət "Gilar"da şaquli qazma nəticəsində bu nəticəyə gəlib. Bildirilib ki, altı minerallaşma zonası üzrə əhəmiyyətli qızıl, mis və sink yataqları aşkarlanıb."Anglo Asian"dan bildirilib ki, son qazma quyularının mineral kəsişmələrinin davamlılığını və dərəcəsini, eləcə də faydalı qazıntı zonasının dərinliyini nəzərə alaraq, hasilat üçün yararlı tunellə yeraltı çıxış üçün layihə, eləcə də əlavə kəşfiyyat işləri planlaşdırılır.Xatırladaq ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437509815_0:0:2731:2048_1920x0_80_0_0_1ff89f3b7c4a10b5cb39322b15a4475f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qızıl, gədəbəy, gədəbəy rayonu, britaniya, böyük britaniya
qızıl, gədəbəy, gədəbəy rayonu, britaniya, böyük britaniya
Britaniya şirkəti Gədəbəydə yeni qızıl zonası aşkarlayıb
Son qazma quyularının mineral kəsişmələrinin davamlılığını və dərəcəsini, eləcə də faydalı qazıntı zonasının dərinliyini nəzərə alaraq, hasilat üçün yararlı tunellə yeraltı çıxış üçün layihə, eləcə də əlavə kəşfiyyat işləri planlaşdırılır.
BAKI, 8 dekabr — Sputnik. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəydə yeni qızıl minerallaşması zonası aşkar edib.
Bu barədə mədən şirkətindən bildirilib.
Məlumata görə, "Anglo Asian" Gədəbəydəki Gilar yatağında 60 metr dərinlikdə qızıl və mis minerallaşma zonası müəyyən edib. Şirkət "Gilar"da şaquli qazma nəticəsində bu nəticəyə gəlib. Bildirilib ki, altı minerallaşma zonası üzrə əhəmiyyətli qızıl, mis və sink yataqları aşkarlanıb.
"Anglo Asian"dan bildirilib ki, son qazma quyularının mineral kəsişmələrinin davamlılığını və dərəcəsini, eləcə də faydalı qazıntı zonasının dərinliyini nəzərə alaraq, hasilat üçün yararlı tunellə yeraltı çıxış üçün layihə, eləcə də əlavə kəşfiyyat işləri planlaşdırılır.
Xatırladaq ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.