https://sputnik.az/20221208/bank-deleduzlugu-ile-bagli-vetendaslara-xeberdarliq-449408163.html
Bank dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq
Bank dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq
Sputnik Azərbaycan
ABA xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş... 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T13:11+0400
2022-12-08T13:11+0400
2022-12-08T13:11+0400
bank
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425262274_0:5:1920:1085_1920x0_80_0_0_9e236cafbdc4fe3c756efd80222e060b.jpg
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Banklar Assosiasiyası (ABA) bank müştərilərinə aid məlumatların dələduzlar tərəfindən yeni üsuldan istifadə edilərək faydalanıldığını aşkar edib.Bu barədə Assosiasiya məlumat yayıb.Məlumata görə, ABA nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qrupu müəyyən edib ki, dələduzlar tərəfindən bankların çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zənglər olunur. Bu əsasda bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeyləri naminə istifadə edirlər.Bunu nəzərə alaraq ABA bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.Bildirilib ki, bu növ dələduzluq halları ilə qarşılaşan bank müştəriləri dərhal bankla əlaqə saxlamalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425262274_234:0:1686:1089_1920x0_80_0_0_c242e8ebd63c65248378fb3062320024.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bank
Bank dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq
ABA xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.
BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Banklar Assosiasiyası (ABA) bank müştərilərinə aid məlumatların dələduzlar tərəfindən yeni üsuldan istifadə edilərək faydalanıldığını aşkar edib.
Bu barədə Assosiasiya məlumat yayıb.
Məlumata görə, ABA nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qrupu müəyyən edib ki, dələduzlar tərəfindən bankların çağrı mərkəzlərinin telefon nömrələrinə (adətən 3 rəqəmli) oxşar nömrələrdən bank müştərilərinə kredit məhsullarının təklifləri ilə bağlı zənglər olunur. Bu əsasda bank adından çıxış edən dələduzlar yeni kredit məhsulunun təklifi adı altında müştəriyə aid müxtəlif məlumatları əldə edərək sonradan şəxsi mənafeyləri naminə istifadə edirlər.
Bunu nəzərə alaraq ABA bir daha xəbərdarlıq edir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər.
Bildirilib ki, bu növ dələduzluq halları ilə qarşılaşan bank müştəriləri dərhal bankla əlaqə saxlamalıdır.