https://sputnik.az/20221208/azerbaycanin-medeniyyet-naziri-unesco-ya-cagiris-edib-449402683.html
Azərbaycanın mədəniyyət naziri UNESCO-ya çağırış edib
Azərbaycanın mədəniyyət naziri UNESCO-ya çağırış edib
Sputnik Azərbaycan
Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı mədəni irsimizə təsirsiz ötüşməyib. Monitorinqlər zamanı onların qəsdən dağıdıldığı... 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T10:18+0400
2022-12-08T10:18+0400
2022-12-08T10:18+0400
mədəniyyət
anar kərimov
mədəniyyət nazirliyi
unesco
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/05/447088871_0:103:2000:1228_1920x0_80_0_0_3c9f7500597c35af45bb0af19c2873e3.jpg
BAKI, 8 dekabr - Sputnik. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov UNESCO-ya çağırış edib.O, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib ki, ərazilərimiz azad ediləndən sonra Azərbaycan missiya həyata keçirmək üçün UNESCO-ya müraciət edib və buna baxmayaraq müraciət cavabsız qalıb:“Təəssüflər olsun ki, UNESCO mandatına uyğun olaraq mədəni mirasa sahib çıxmaq kimi öhdəliyi yerinə yetirməyib. Bu, Azərbaycan tərəfindən də mənfi qarşılanıb. Yenə də UNESCO-ya çağırış etmək istəyirəm ki, öz mandatını yerinə yetirsin və qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirsin”.Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı mədəni irsimizə də təsirsiz ötüşməyib. Monitorinqlər zamanı onların qəsdən dağıdıldığı, bir sıra tarixi abidələrin qəsdən dəyişdirildiyi aşkar edilib.“411 tarix mədəniyyət abidəsinə baxış keçirilib. 864 mədəniyyət müəssisəsində monitorinq aparılıb. Azad edilən ərazilərə səfər edən beynəlxalq təşkilatların nümayəndələri də bunların şahidi olublar”, - nazir bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/05/447088871_114:0:1887:1330_1920x0_80_0_0_a5b5bac0eb6c34119079e7a129fee817.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anar kərimov, mədəniyyət nazirliyi, unesco
anar kərimov, mədəniyyət nazirliyi, unesco
Azərbaycanın mədəniyyət naziri UNESCO-ya çağırış edib
Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı mədəni irsimizə təsirsiz ötüşməyib. Monitorinqlər zamanı onların qəsdən dağıdıldığı, bir sıra tarixi abidələrin qəsdən dəyişdirildiyi aşkar edilib.
BAKI, 8 dekabr - Sputnik. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov UNESCO-ya çağırış edib.
O, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib ki, ərazilərimiz azad ediləndən sonra Azərbaycan missiya həyata keçirmək üçün UNESCO-ya müraciət edib və buna baxmayaraq müraciət cavabsız qalıb:
“Təəssüflər olsun ki, UNESCO mandatına uyğun olaraq mədəni mirasa sahib çıxmaq kimi öhdəliyi yerinə yetirməyib. Bu, Azərbaycan tərəfindən də mənfi qarşılanıb. Yenə də UNESCO-ya çağırış etmək istəyirəm ki, öz mandatını yerinə yetirsin və qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirsin”.
Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı mədəni irsimizə də təsirsiz ötüşməyib. Monitorinqlər zamanı onların qəsdən dağıdıldığı, bir sıra tarixi abidələrin qəsdən dəyişdirildiyi aşkar edilib.
“411 tarix mədəniyyət abidəsinə baxış keçirilib. 864 mədəniyyət müəssisəsində monitorinq aparılıb. Azad edilən ərazilərə səfər edən beynəlxalq təşkilatların nümayəndələri də bunların şahidi olublar”, - nazir bildirib.