https://sputnik.az/20221208/avroviziya-2023de-istirak-etmek-isteyenlerin-nezerine-mahni-secimi-elan-edilib-449407885.html
"Avroviziya-2023"də iştirak etmək istəyənlərin nəzərinə: Mahnı seçimi elan edilib
"Avroviziya-2023"də iştirak etmək istəyənlərin nəzərinə: Mahnı seçimi elan edilib
Sputnik Azərbaycan
Seçimlərdə iştirak etmək istəyən ifaçılar və bəstəkarlar dekabr ayının 31-nə qədər öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan... 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T13:45+0400
2022-12-08T13:45+0400
2022-12-08T13:45+0400
"avroviziya" mahnı müsabiqəsi
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/42345/05/423450565_0:0:1920:1080_1920x0_80_0_0_6e56365479c73d93bff8979adc8e2344.jpg
BAKI, 8 dekabr — Sputnik. İctimai TV "Avroviziya-2023" müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimini elan edib.İTV-dən verilən xəbərə görə, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək "Avroviziya-2023" müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimini elan edib.Seçimlərdə iştirak etmək istəyən ifaçılar və bəstəkarlar dekabr ayının 31-nə qədər öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və “Avroviziya” üçün hazırlanmış yeni mahnılarını song@eurovision.az elektron ünvanına göndərə bilərlər.Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və “Avroviziya” mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.Qeyd edək ki, "Avroviziya-2023" mahnı müsabiqəsi Liverpulda 9, 11 və 13 may tarixlərində baş tutacaq.Müsabiqədəki Azərbaycan nümayəndə heyətinin rəhbəri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini Vasif Məmmədovdur.Qeyd edək ki, 2007-ci ildə Azərbaycan, İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra 2008-ci ildə birinci dəfə qitə miqyaslı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdu. Ötən il isə Azərbaycanı müğənni Nadir Rüstəmli "Fade to Black" mahnısı ilə təmsil etmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/05/423450565_159:0:1920:1321_1920x0_80_0_0_83c1c22d2274cad2ae29befc8acdea69.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"avroviziya" mahnı müsabiqəsi
"avroviziya" mahnı müsabiqəsi
"Avroviziya-2023"də iştirak etmək istəyənlərin nəzərinə: Mahnı seçimi elan edilib
Seçimlərdə iştirak etmək istəyən ifaçılar və bəstəkarlar dekabr ayının 31-nə qədər öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və “Avroviziya” üçün hazırlanmış yeni mahnılarını song@eurovision.az elektron ünvanına göndərə bilərlər.
BAKI, 8 dekabr — Sputnik. İctimai TV "Avroviziya-2023" müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimini elan edib.
İTV-dən verilən xəbərə görə, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək "Avroviziya-2023" müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimini elan edib.
Seçimlərdə iştirak etmək istəyən ifaçılar və bəstəkarlar dekabr ayının 31-nə qədər öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və “Avroviziya” üçün hazırlanmış yeni mahnılarını song@eurovision.az elektron ünvanına göndərə bilərlər.
Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və “Avroviziya” mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.
Qeyd edək ki, "Avroviziya-2023" mahnı müsabiqəsi Liverpulda 9, 11 və 13 may tarixlərində baş tutacaq.
Müsabiqədəki Azərbaycan nümayəndə heyətinin rəhbəri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini Vasif Məmmədovdur.
Qeyd edək ki, 2007-ci ildə Azərbaycan, İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra 2008-ci ildə birinci dəfə qitə miqyaslı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə "Day After Day" mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdu. Ötən il isə Azərbaycanı müğənni Nadir Rüstəmli "Fade to Black" mahnısı ilə təmsil etmişdi.