Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa niyə "yaşıl" iqtisadiyyatdan uzaqlaşır

© AP Photo / Charlie RiedelKES
KES - Sputnik Azərbaycan, 1920, 08.12.2022
Abunə olmaq
Avropada alternativ mənbələrdən elektrik enerjisi istehsalı minimum səviyyədədir və Köhnə Dünyanın ən "çirkli" qazıntı yanacağından istifadə etməyə qayıtmasına səbəb olur. Bərpa olunan enerji güclərinin proqnozlaşdırılan artımı niyə Aİ üçün ən yaxşı xəbər deyil?
BAKI, 8 dekabr — Sputnik. Bütün dünyada bərpa olunan elektrik enerjisi stansiyalarının ümumi gücü növbəti beş ildə kömürlə işləyən stansiyaları üstələyərək iki dəfə artacaq. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) bərpa olunan enerji ilə bağlı bu yaxınlarda dərc olunan növbəti hesabatında deyilir.
Hesabata əsasən, qlobal bərpa olunan enerji mənbələrinin gücünün 2022-2027-ci illər ərzində 2,4 TVt artacağı gözlənilir ki, bu da əvvəlki beş illik dövrlə müqayisədə 85% daha sürətli artım deməkdir.
"Bərpa olunan enerji 2025-ci ilin əvvəlində kömür enerjisini üstələyərək dünyanın ən böyük enerji mənbəyinə çevriləcək. Onun müxtəlif enerji növlərinin dünya balansındakı payı göstərilən dövrdə 10% artaraq 2027-ci ildə ümumdünya hasilatının 38%-nə çatacaq", - deyə hesabatda qeyd olunur.
BEA analitikləri hesab edirlər ki, külək və günəş enerjisi növbəti beş ildə iki dəfə artmalı və 2027-ci ildə qlobal elektrik istehsalının 20%-ni təmin etməlidir. Həmçinin bütün bərpa olunan enerjinin 80%-i onların payına düşəcək.
Almaniya nümunəsində "yaşıl enerji"nin etibarlılığı
Bir zamanlar "yaşıl iqtisadiyyat"a keçid və qazıntı yanacağından imtina sahəsində əsas fəallardan biri olan Almaniya çətin ki, bu gün təmiz elektrik enerjisi istehsalı ilə öyünə bilsin. Son məlumatlara görə, Almaniya istilik stansiyalarında elektrik istehsalında kömürün aktiv istifadəsinə keçid nəticəsində karbon tullantısı göstəriciləri üzrə lider ölkələrdən biri olan Hindistandan daha yüksək olub.
Almaniya istehlak edilən təbii qazın həcminin təxminən 40%-ni təmin edən Rusiya qazının tədarükünü itirməsi fonunda hava şəraiti elektrik enerjisi istehsalı üçün əlverişli deyil. Noyabrın sonunda Almaniyanın elektrik enerjisi istehsalında külək və günəş enerjisinin payı noyabrın əvvəlindəki 31%-dən və oktyabrın əvvəlindəki 48%-dən 21%-ə düşüb.
Bərpa olunan enerji istehsalının azalması səbəbindən Almaniyanın elektrik enerjisi istehsalında kömür istehlakı 47%-ə yüksəlib və bununla da ən "çirkli" qazıntı yanacağı ən çox istifadə edilən enerji mənbəyinə çevrilib. Eyni zamanda, Avropada artan tələbat səbəbindən kömürün maya dəyəri noyabr ayının əvvəlində bir ton üçün 177 dollardan 260 dollara qədər artıb.
Analitiklər hesab edirlər ki, Avropa bazarındakı qıtlığa görə kömür qiymətlərində artım tendensiyası qış boyu davam edəcək - Rusiya Avropaya tədarükünü kəskin şəkildə azaldıb. İndoneziya, Kolumbiya və Cənubi Afrika kimi iri istehsalçılar isə Rusiya tədarükünü əvəz edə bilməyiblər.
Elektrik enerjisinin kəsilməsinə bir neçə dərəcə
Avropada artıq bu həftənin sonunda qış soyuqlarının başlayacağı gözlənilir - bir sıra Avropa paytaxtlarında temperatur mənfi dərəcəyə, bəzi ölkələrdə isə mənfi 10 dərəcəyə qədər enəcək.
Avropa ölkələrinin hakimiyyət orqanları əhalini sakitləşdirməyə çalışır - yeraltı qaz anbarları doludur, təbii qazın qiyməti bir neçə ay əvvəl olduğu kimi yüksək deyil. Əgər yeraltı qaz anbarından (YQA) qazın çıxarılmasının dekabrın əvvəlindən etibarən başlandığını və fevralın sonuna qədər anbarların boş qala biləcəyəni və bu səbəbdən gec gələn yazın avropalılar üçün əsl fəlakətə çevrilə biləcəyini düşünməsək, ilk baxışdan vəziyyətin nəzarət altında olduğu hesab edilə bilər.
Üstəlik, Avropada qazın maya dəyərinin müəyyən qədər ucuzlaşmasına baxmayaraq, o, hələ də ötən illərin orta göstəricisindən 7 dəfədən çox bahadır.
Avropada bu qış elektrik enerjisinin kəsilməsi ilə bağlı problemlərdən Avropa nəşrləri də danışır. Belə ki, "Bloomberg"in köşə yazarı Xavyer Blasın fikrincə, Avropada elektrik enerjisinin kəsilməsi "bir neçə dərəcə" uzaqdadır.
"Problem ondadır ki, enerji bazarları o qədər gərgindir ki, cəmi bir neçə Selsi və ya bir neçə küləksiz gün hələ ki, Avropada elektrik enerjisinin kəsilməsinə imkan vermir", - deyə Blas qeyd edib.
Köşə yazarı hesab edir ki, Avropada elektrik enerjisi istehlakında artım gözlənilə bilər, bunun nəticəsində isə bir sıra ölkələrdə elektrik kəsilmələri baş verə bilər.
Onun sözlərinə görə, Almaniyada enerji sahəsi üzrə mütəxəssislər "Dunkelflaute" – "qaranlıq depressiya" adlı xüsusi bir termin icad ediblər. Bu, külək və günəş elektrik stansiyalarının aşağı temperaturda işinin azalması deməkdir ki, bu da nəticədə elektrik enerjisinə tələbatı artıracaq.
Əgər "Dunkelflaute" Avropada baş verərsə (bəzi treyderlər və meteoroloqlar bunun bu və ya gələn həftə böyük ehtimalla baş verəcəyini hesab edirlər), regionda problemlər yaranacaq. Blasın fikrincə, şəbəkə operatorları, çox güman ki, elektrik enerjisinin kəsilmələrinin qarşısını almaq üçün istehlakçılardan istehlakı azaltmağı istəyəcəklər.
"Reallıq budur: enerji qiymətləri son dərəcə yüksək olaraq qalır, qitə hava şəraitinin təsirindədir, şirkətlər isə sənayesizləşdirmə ilə bağlı xəbərdarlıq edir. Məni pessimist adlandıra bilərsiniz, ancaq mənim üçün ən pis şey artıq geridə qalmış kimi görünmür", - deyə köşə yazarı vurğulayıb.
Beləliklə, BEA-nın yaxın illərdə bərpa olunan enerji güclərinin rekord artımı ilə bağlı hesabatlarını Avropa üçün yaxşı xəbər adlandırmaq olmaz, çünki alternativ enerjini, xüsusən də enerji təhlükəsizliyi baxımından ona ümid etsək, çətin ki, etibarlı enerji mənbəyi adlandırmaq olar.
Xəbər lenti
0