DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Amerikalıların 50%-dən çoxu Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyənmir - sorğu

© AFP 2024 / BRENDAN SMIALOWSKIABŞ Prezidenti Co Bayden
ABŞ Prezidenti Co Bayden - Sputnik Azərbaycan, 1920, 08.12.2022
Abunə olmaq
Rəyi soruşulanların yalnız dörddə biri ölkənin düzgün istiqamətdə getdiyini deyib.
BAKI, 8 dekabr — Sputnik. Amerikalıların 50%-dən çoxu ABŞ Prezidenti Co Baydenin öz işini necə yerinə yetirməsini bəyənmir.
Bunu Assoşieyted Press (AP) agentliyinin NORC ("Nork") ictimaiyyətlə əlaqələrin öyrənilməsi üzrə araşdırma Mərkəzi ilə birlikdə cümə axşamı dərc etdiyi ictimai rəy sorğusunun nəticələri sübut edib.
Agentliyin məlumatına görə, 43% Baydenin prezident kimi fəaliyyətini bəyənsə də, 55% onun işindən razı deyil. Məlumat ABŞ Konqresinə noyabrın 8-də keçiriləcək aralıq seçkiləri ərəfəsində oktyabrda qeydə alınan məlumatlara bənzəyir. Baydenin siyasətini demokratlar tərəfdarlarının 77%-i, respublikaçıları dəstəkləyənlərin isə yalnız 10%-i bəyənib.
Ümumilikdə rəyi soruşulanların yalnız dörddə biri ölkənin düzgün istiqamətdə getdiyini deyib. Eyni zamanda, hər 10 respublikaçıdan 9-u və, təxminən, 10 demokratdan 6-sı ABŞ iqtisadiyyatının pis vəziyyətdə olduğuna inanır.
Dekabrın 1-dən 5-dək aparılan sorğuda 1124 nəfər iştirak edib. Statistik səhv 3,8% təşkil edir.
Xəbər lenti
0