SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yunanıstan Azərbaycana yeni səfir təyin edib

© AFP 2024 / LOUISA GOULIAMAKIYunanıstan bayrağı, arxiv şəkli
Yunanıstan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Bu ölkənin Azərbaycandakı səfirliyi 1993-cü ilin 27 may tarixindən fəaliyyət göstərir.
BAKI, 7 dekabr — Sputnik. Yunanıstan Azərbaycana yeni səfir təyin edib. Bu barədə Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov "Twitter" hesabında bildirib.
"Bakıda çalışacaq yunanıstanlı həmkarım, səfir cənab Kristos Kapodistriasa cansağlığı və Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələrinin inkişafında uğurlar arzulayıram!" - o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos olub.
Oktyabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanla Yunanıstan arasında münasibətlərin inkişafı naminə fəaliyyətinə görə səfirə təşəkkür edib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycanla Yunanıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşün əhəmiyyəti vurğulanıb. Siyasi səviyyədə dialoqun davam etməsinin vacib olduğu bildirilib.
Səfir Nikolaos Piperiqkos enerji və tranzit sahəsində əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin təməlində dayandığını qeyd edib. Səfir siyasi, iqtisadi, ticarət, nəqliyyat və tranzit kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın mövcud olduğunu diqqətə çatdırıb.
Görüşdə ikitərəfli gündəlikdə duran bir sıra istiqamətlər, həmçinin regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Azərbaycan – Yunanıstan münasibətləri
Yunanıstan Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulub. Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1993-cü ilin 27 may tarixindən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyi 2004-cü ilin 16 aprel tarixində açılıb.
Xəbər lenti
0