https://sputnik.az/20221207/terrorculuga-qarsi-mubarize-esas-meqsedlerdendir---ziyafet-esgerov-449367651.html
Terrorçuluğa dəstək ən çox bank köçürmələri ilə həyata keçirilir - Ziyafət Əsgərov
Terrorçuluğa dəstək ən çox bank köçürmələri ilə həyata keçirilir - Ziyafət Əsgərov
Sputnik Azərbaycan
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilir. 07.12.2022, Sputnik Azərbaycan
2022-12-07T12:42+0400
2022-12-07T12:42+0400
2022-12-07T12:47+0400
milli məclis
ziyafət əsgərov
terrorçuluq
mübarizə
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/41241/95/412419500_0:0:1600:901_1920x0_80_0_0_cdb9f16b043337c81e4fdfe49bb9800a.jpg
BAKI, 7 dekabr — Sputnik. Dekabrın 7-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilir.İclasın gündəliyinə birinci oxunuşda olan 4 məsələ daxil edilib.Milli Məclisin Müdafiə təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun 2009-cu ildə qəbul edilib. Qanunun yenilənməsi zərurətdən yaranıb.Z.Əsgərov vurğulayıb ki, qanun layihəsinin təklif edilməsində məqsəd Azərbaycan iqtisadiyyatına zərər verə biləcək halların qarşısını almaq, terrorçuluğa qarşı mübarizə aparmaqdır.O bildirib ki, terrorçuluğa qarşı mübarizə tədbirləri bu gün bütün dünyada aparılır. Mübarizə təkmilləşdirilsə də, terrorçuluq da artır, müxtəlif üsullarla tətbiq edilir.Ziyafət Əsgərov bildirib ki, ən çox belə cinayətlər bank köçürmələri zamanı həyata keçirilir: “Biz terrorçuluğa dəstək üçün edilən bank əməliyyatlarının qarşısını almağa çalışırıq. Bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edirik ki, belə hal aşkarlansa, hüquqi normativ aktlarımız da bunun qarşısını ala bilsin”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41241/95/412419500_187:0:1600:1060_1920x0_80_0_0_3a35fe7ea645253015ac36095aca08c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, ziyafət əsgərov, terrorçuluq, mübarizə
milli məclis, ziyafət əsgərov, terrorçuluq, mübarizə
Terrorçuluğa dəstək ən çox bank köçürmələri ilə həyata keçirilir - Ziyafət Əsgərov
12:42 07.12.2022 (Yenilənib: 12:47 07.12.2022) Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilir.
BAKI, 7 dekabr — Sputnik. Dekabrın 7-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilir.
İclasın gündəliyinə birinci oxunuşda olan 4 məsələ daxil edilib.
1.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);
2.
"Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);
3.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);
4.
"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Milli Məclisin Müdafiə təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun 2009-cu ildə qəbul edilib. Qanunun yenilənməsi zərurətdən yaranıb.
Z.Əsgərov vurğulayıb ki, qanun layihəsinin təklif edilməsində məqsəd Azərbaycan iqtisadiyyatına zərər verə biləcək halların qarşısını almaq, terrorçuluğa qarşı mübarizə aparmaqdır.
O bildirib ki, terrorçuluğa qarşı mübarizə tədbirləri bu gün bütün dünyada aparılır. Mübarizə təkmilləşdirilsə də, terrorçuluq da artır, müxtəlif üsullarla tətbiq edilir.
Ziyafət Əsgərov bildirib ki, ən çox belə cinayətlər bank köçürmələri zamanı həyata keçirilir: “Biz terrorçuluğa dəstək üçün edilən bank əməliyyatlarının qarşısını almağa çalışırıq. Bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edirik ki, belə hal aşkarlansa, hüquqi normativ aktlarımız da bunun qarşısını ala bilsin”.