CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsa Məlikov "Avroviziya"da Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsini tərk edib

© Photo : Courtesy of Isa Melikov İsa Məlikov
 İsa Məlikov - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Bəstəkar 2023-cü ildə nəhayət ki, ilk müəllif konsertini təşkil etməyi planlaşdırır, onun hazırlıqları Yeni il bayramlarından dərhal sonra başlayacaq.
BAKI, 7 dekabr — Sputnik. Azərbaycanın tanınmış bəstəkarı və prodüser İsa Məlikov "Avroviziya" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa edib.
Məlikov Sputnik Azərbaycan-a bildirib ki, 2009-cu ildən etibarən müsabiqə ilə bağlı yalnız ən isti və parlaq xatirələr qalıb, lakin artıq bir ildən artıqdır ki, inkişaf etdirilməkdə olan layihələrlə məşğul olmaq və irəliyə addımlamaq vaxtıdır.
Bəstəkar 2023-cü ildə nəhayət ki, ilk müəllif konsertini təşkil etməyi planlaşdırır, onun hazırlıqları Yeni il bayramlarından dərhal sonra başlayacaq.
Bundan əlavə, Məlikov başlama tarixini hələ də gizli saxladığı yeni layihəsi barədə məlumat verib.
"Xüsusilə, İctimai Televiziya və onun rəhbərliyi ilə çox gözəl münasibətlərim var. Bir çox planlar var və biz 2023-cü ildə çox maraqlı istiqamətlərdə işləyəcəyik. Mən gənc Azərbaycan komandasının bütün üzvlərinə onların fədakarlıqlarına, qeyrətlərinə və əllərindən gələni daha çox və yaxşı etmək istədiklərinə görə təşəkkür edirəm", - deyə Məlikov bildirib.
O, həmçinin "Avroviziya" mahnı müsabiqəsində birlikdə işlədiyi Azərbaycanın bütün nümayəndələrinə də təşəkkürünü bildirib. Məlikovun sözlərinə görə, bu, unudulmaz təcrübə və inanılmaz duyğular olub.
Xəbər lenti
0