NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiya neftinə qiymət məhdudlaşdırılması kəskin artıma səbəb ola bilər

© AP Photo / Matt BrownNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Aİ belə neftə 60 dollar/barel qiymət limiti qoyub.
BAKI, 7 dekabr — Sputnik. Rusiya neftinin qiymətinin məhdudlaşdırılması neftin qiymətinin yalnız kəskin artmasına səbəb ola bilər və tədbirlərin effektivliyi hazırda şübhəlidir. Bunu Cənubi Koreyanın "Ekorea" nəşri yerli iqtisadi araşdırma mərkəzlərinə istinadən yazıb.
Qərbin neft sanksiyaları dekabrın 5-də qüvvəyə minib. Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Aİ belə neftə 60 dollar/barel qiymət limiti qoyub. Rusiya baş nazirinin müavini Aleksandr Novak qərarı və gözlənilən embarqonu şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmalı olsa belə, neft qiymətləri ilə bağlı həddi qəbul etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilədir və Rusiya yalnız bazar şərtləri ilə işləyəcək istehlakçılarla əməkdaşlığa hazırdır.
"Rusiya Federasiyası prezidentinin fərmanı (məhdudiyyətlərə qoşulmuş ölkələrə tədarükün qadağan edilməsi haqqında – red.) verilsə, o zaman Aİ və G7 ölkələri Rusiya neftini ala bilməyəcək. Bu da neft qiymətlərinin kəskin artmasına səbəb ola bilər", – "Daishin Securities"in tədqiqatçısı Kim So Hyon bildirib.
"Avropa Rusiya neftindən çox asılıdır. Amma məhdudiyyətlərin məna kəsb etməsi, onun qiymətinə təsir etmək üçün siz inhisara malik olmalısınız (malların alınmasında - red.). Əslində, məhdudlaşdırıcı tədbirlərə qoşulmuş Çin və Hindistan kimi mühüm alıcılar hələ ki, yoxdur. Ona görə də onların effektivliyini proqnozlaşdırmaq çətindir. Qısamüddətli şok effekti var. Reallıqda neftin qiyməti bir qədər qalxıb. Amma struktur baxımından təsirin olması üçün gərəkdir ki, getdikcə daha çox ölkə məhdudiyyətə qoşulsun", - Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutundan bildirilib.
Xəbər lenti
0