Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rauf Hacıyevin 100 illiyi münasibətilə estrada-caz konserti keçirilib

© Sputnik / V. Kalinin / Mediabanka keçidRaud hacıyev, arxiv şəkli
Raud hacıyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə "Bu həyat qədər" adlı estrada-caz konserti keçirilib.
BAKI, 7 dekabr — Sputnik. Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə "Bu həyat qədər" adlı estrada-caz konserti təşkil olunub. Yubiley tədbirində Mədəniyyət Nazirliyinin nümayəndələri, xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, "Qaya" Dövlət Ansamblı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, sənətçilərdən xalq artisti Azər Zeynalov, əməkdar artistlər Bəyimxanım Mirzəyeva, Zaur Əmiraslanov, İsfar Sarabiski, Vüsal Rzasoy, İlhamə Rzayeva və digər ifaçılar R.Hacıyevin bəstəsi olan mahnılarla çıxış ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb.
Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.
Qeyd edək ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb.
R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində də aydın təzahürünü tapıb.
Xəbər lenti
0