https://sputnik.az/20221207/randan-qacaqmalciliq-yolu-ile-getirilen-qirx-iki-kiloqram-narkotik-tutulub--449367321.html
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən qırx iki kiloqram narkotik tutulub
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən qırx iki kiloqram narkotik tutulub
Sputnik Azərbaycan
Astara rayon Pensər kəndi ərazisində 07-BF-653 dövlət qeydiyyat nişanlı “Ford tranzit” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb. 07.12.2022, Sputnik Azərbaycan
2022-12-07T14:41+0400
2022-12-07T14:41+0400
2022-12-07T14:41+0400
iran
cəmiyyət
narkotik
narkotik maddə
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/07/449367150_0:0:620:349_1920x0_80_0_0_77829dd808b7009a6743be04c43f9d42.jpg
BAKI, 7 dekabr — Sputnik. Dekabr ayının 4-də saat 21:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin Astara rayonu Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.DSX tərəfindən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:00 radələrində Astara rayon Pensər kəndi ərazisində 07-BF-653 dövlət qeyydiyyat nişanlı "Ford tranzit" markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.Avtomobili idarə edən şəxsin Astara rayon Pensər kənd sakini 1978-ci il təvəllüdlü Məmmədov Güloğlan Həsənağa oğlu olması müəyyən edilib. Avtomobilə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 42 kiloqram 75 qram narkotik vasitəyə bənzər maddələr (19 kq 70 qram "heroin", 11 kq 620 qram "həşiş", 4 kq 525 qram "marixuana", 4 kq 40 qram "tiryək", 2 kq 820 qram "metamfetamin" və 4190 ədəd "metadon-40" psixotrop həbləri) aşkar olunaraq götürülüb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.Xatırladaq ki, noyabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayon sakini 1990-cı il təvəllüdlü Niftəliyev Elçin Biləsuvar oğlu saxlanılmış və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 5 kiloqram 50 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/07/449367150_43:0:594:413_1920x0_80_0_0_eb6aa8785f9e6df2b7243a360e791872.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
iran, narkotik, narkotik maddə
iran, narkotik, narkotik maddə
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən qırx iki kiloqram narkotik tutulub
Astara rayon Pensər kəndi ərazisində 07-BF-653 dövlət qeydiyyat nişanlı “Ford tranzit” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.
BAKI, 7 dekabr — Sputnik. Dekabr ayının 4-də saat 21:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin Astara rayonu Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
DSX tərəfindən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:00 radələrində Astara rayon Pensər kəndi ərazisində 07-BF-653 dövlət qeyydiyyat nişanlı "Ford tranzit" markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.
Avtomobili idarə edən şəxsin Astara rayon Pensər kənd sakini 1978-ci il təvəllüdlü Məmmədov Güloğlan Həsənağa oğlu olması müəyyən edilib. Avtomobilə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 42 kiloqram 75 qram narkotik vasitəyə bənzər maddələr (19 kq 70 qram "heroin", 11 kq 620 qram "həşiş", 4 kq 525 qram "marixuana", 4 kq 40 qram "tiryək", 2 kq 820 qram "metamfetamin" və 4190 ədəd "metadon-40" psixotrop həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, noyabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayon sakini 1990-cı il təvəllüdlü Niftəliyev Elçin Biləsuvar oğlu saxlanılmış və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 5 kiloqram 50 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.