SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü baş tutub

© AFP 2024 / KIRILL KUDRYAVTSEVВид на Кремль, фото из архива
Вид на Кремль, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
İclas iştirakçıları Azərbaycan, Ermənistan və Rusiyanı birləşdirən dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili ilə bağlı məsələləri müzakirə ediblər.
BAKI, 7 dekabr - Sputnik. Dekabrın 6-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrupunun on birinci iclası keçirilib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında, eləcə də iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş səylər məsələsində Rusiyanın müsbət rolunu vurğulayıblar.
İclas iştirakçıları Azərbaycan, Ermənistan və Rusiyanı birləşdirən dəmir yolunun tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili ilə bağlı məsələləri müzakirə ediblər.
“Tərəflər Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanmış regionda nəqliyyat və iqtisadi əlaqələrin bloklanmasına dair üçtərəfli bəyanatların icrası üzərində işi davam etdirəcəklər”, - məlumatda deyilib.
Azərbaycan və Ermənistan tərəfləri görüşün təşkilinə və yüksək səviyyədə qəbula görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
0