SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mirzoyan Bayramovla görüşəcəyini açıqladı: danışıqlar gələn il davam etdiriləcək

© Photo : MFACeyhun Bayramov və Ararat Mirzoyan, arxiv şəkli
Ceyhun Bayramov və Ararat Mirzoyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Ermənistan xarici işlər naziri bildirib ki, sülh müqaviləsi ilə bağlı danışıqlar davam edir, İrəvan bu yaxınlarda Azərbaycan tərəfdən daha bir təklif alıb və tezliklə öz təklifi ilə çıxış edəcək.
BAKI, 7 dekabr — Sputnik. İlin sonuna kimi Ermənistan və Azərbaycan XİN rəhbərlərinin daha bir görüşünün keçirilməsi barədə razılıq var. Bu barədə Ermənistan parlamentində hökumət saatında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O əlavə edib ki, görüşün vaxtı hələ müəyyən edilməyib, lakin bu ilin sonuna qədər baş tuta bilər.
"Sülh müqaviləsi ilə bağlı danışıqlar davam edir,Yerevan bu yaxınlarda Azərbaycan tərəfdən daha bir təklif alıb və tezliklə öz təklifi ilə çıxış edəcək. Təəssüf ki, bir çox məsələlərdə İrəvan və Bakının yanaşmaları hələ də çox fərqlidir, lakin onlar mövqelərini yaxınlaşdırmaq üçün danışıqlar aparırlar. Qarşılıqlı olaraq qəbuledilməz məsələlər var, elə məsələlər var ki, tərəflər onların üzərində qarşılıqlı irəliyə doğru addım atmağa hazırdırlar. Razılaşmanın yekun variantının ilin sonuna qədər əldə oluna biləcəyi ehtimalı azdır, ona görə də danışıqlar gələn il davam etdiriləcək", - deyə Mirzoyan qeyd edib.
Xəbər lenti
0