CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kütləvi qırğın silahları yayanların Azərbaycanda aktivləri dondurulacaq

© AP Photo / Burhan Ozbilicidollar
dollar - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Milli Məclisdə "Hədəfli maliyyə sanksiyaları haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
BAKI, 7 dekabr — Sputnik. Kütləvi qırğın silahları yayanların Azərbaycanda aktivləri dondurulacaq. Bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında "Hədəfli maliyyə sanksiyaları haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, hədəfli maliyyə sanksiyaları cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmədən, önləyici xarakter daşıyaraq, terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə aşağıdakı tədbirləri nəzərdə tutur:
aktivlərin təxirəsalınmadan dondurulması;
sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan edilməsi.
Eyni zamanda layihə ilə hədəfli maliyyə sanksiyalarının tətbiq edildiyi aktivlər də müəyyənləşir.
Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi fəaliyyəti ilə bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq aşağıdakı aktivlər dondurulmalıdır:
sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri;
sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər,
sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri;
sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri.
Bu qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, qanun layihəsinə əsasən, sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar - terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən barələrində sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlardır.
Kütləvi qırğın silahlarının yayılmasının malliyyələşdirilməsi - nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahların, eləcə də onların daşıyıcı vasitələrinin (müxtəlif mənzilli ballistik və qanadlı raket başlıqları, uzaqdan idarəolunan döyüş sistemləri) və əlaqəli materialların (qeyri-qanuni məqsədlər üçün istifadə olunan texnologiyalar və ikili təyinatlı mallar da daxil olmaqla) Azərbaycan qanunvericiliyinə və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olaraq istehsalı, əldə edilməsi, inkişaf etdirilməsi və təkmilləşdirilməsi, idxalı, ixracı, tranzit daşınması, ötürülməsi, toplanması və ya istifadəsi, eləcə də bu silahlara sahiblik və ya onların beynəlxalq daşınmasında vasitəçilik (broker) fəaliyyətləri məqsədilə bütövlükdə və ya qismən istifadə olunan aktivlərin toplanılması və ya verilməsi, habelə maliyyə xidmətlərinin təmin edilməsidir.
Xəbər lenti
0