https://sputnik.az/20221207/elixan-semedov-lin-en-yaxsi-balaban-ustasidir-449389745.html
Əlixan Səmədov "İlin ən yaxşı balaban ustası"dır
Əlixan Səmədov "İlin ən yaxşı balaban ustası"dır
Sputnik Azərbaycan
"RM'C PMU MASTER" tərəfindən təşkil olunan gecəyə Türkiyənin iş dünyası, sənət, media və bir çox digər sahələr üzrə məşhur simaları qatılıb 07.12.2022, Sputnik Azərbaycan
2022-12-07T23:14+0400
2022-12-07T23:14+0400
2022-12-07T23:14+0400
türkiyə
mədəniyyət
balaban
usta
mükafat
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441474658_0:0:3077:1731_1920x0_80_0_0_1cd1321d677d85ea42aa9ac69f4c1ce9.jpg
BAKI, 7 dekabr — Sputnik. İstanbulda "Beynəlxalq Uğur Hekayəsi Mükafatları 2022"nin təqdimetmə mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Xalq artisti Əlixan Səmədov "İlin ən yaxşı balaban ustası" nominasiyası üzrə mükafata layiq görülüb. Tanınmış virtuoz bu barədə sosial media hesabında yazıb.Bu mükafata layiq görüldüyü üçün təşkilatçılar və qardaş Türkiyəyə minnətdarlığını bildirən Əlixan Səmədov bundan sonra da fəaliyyətini tam uğurla davam etdirəcəyinə inandığını qeyd edib."RM'C PMU MASTER" tərəfindən təşkil olunan gecəyə Türkiyənin iş dünyası, sənət, media və bir çox digər sahələr üzrə məşhur simaları qatılıb.Əlixan Səmədov kimdir?Tanınmış virtuoz, Xalq artisti Əlixan Səmədovun doğum günüdür. Balabanı köməkçi, dəmkeş musiqi alətindən aparıcı musiqi alətinə çevirən musiqiçi 1964-cü ildə Sumqayıtda dünyaya gəlib.Əslən Lerik rayonundandır. Orta təhsilini 1979-cu ildə doğulduğu şəhərdə başa vurub. 1979-1982-ci illərdə N.Nərimanov adına mədəniyyət evində qarmon dərnəyinə gedib.1980-1982-ci illərdə 1 nömrəli Musiqi Məktəbində qaboy dərsləri alıb. Sonra bir il Sumqayıt Kimya Zavodunun musiqi ansamblında işləyib. O, Azərbaycan musiqi sənətini inkişaf etdirmək məqsədi ilə 1993-cü ildə Türkiyəyə köçüb.Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edən sənətkar balabanı ilə orada böyük dinləyici kütləsi qazanır. İndi onu təkcə Türkiyə yox, dünyanın digər ölkələri də tanıyır, sevə-sevə dinləyir. Dünyada işıq üzü görən yüzdən çox əcnəbi musiqidən ibarət albomda öz ifası ilə yer alıb."Balaban metodu" kitabının müəllifi olan sənətkar müxtəlif mükafatlara layiq görülüb. Tarixdə ilk dəfə olaraq simfonik orkestrin müşayiəti ilə balabanda simfoniya ifa edən Əlixan bəy balabanı erməniləşdirən yüzlərlə saytı bağladıb. Onun böyük zəhməti sayəsində balaban müasirləşdirilib və dünyaya tanıdılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441474658_8:0:2737:2047_1920x0_80_0_0_9d54b8fc7537e34db3f35db7c9805a36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, balaban, usta, mükafat
türkiyə, balaban, usta, mükafat
Əlixan Səmədov "İlin ən yaxşı balaban ustası"dır
"RM'C PMU MASTER" tərəfindən təşkil olunan gecəyə Türkiyənin iş dünyası, sənət, media və bir çox digər sahələr üzrə məşhur simaları qatılıb
BAKI, 7 dekabr — Sputnik. İstanbulda "Beynəlxalq Uğur Hekayəsi Mükafatları 2022"nin təqdimetmə mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Xalq artisti Əlixan Səmədov "İlin ən yaxşı balaban ustası" nominasiyası üzrə mükafata layiq görülüb. Tanınmış virtuoz bu barədə sosial media hesabında yazıb.
Bu mükafata layiq görüldüyü üçün təşkilatçılar və qardaş Türkiyəyə minnətdarlığını bildirən Əlixan Səmədov bundan sonra da fəaliyyətini tam uğurla davam etdirəcəyinə inandığını qeyd edib.
"RM'C PMU MASTER" tərəfindən təşkil olunan gecəyə Türkiyənin iş dünyası, sənət, media və bir çox digər sahələr üzrə məşhur simaları qatılıb.
Tanınmış virtuoz, Xalq artisti Əlixan Səmədovun doğum günüdür. Balabanı köməkçi, dəmkeş musiqi alətindən aparıcı musiqi alətinə çevirən musiqiçi 1964-cü ildə Sumqayıtda dünyaya gəlib.
Əslən Lerik rayonundandır. Orta təhsilini 1979-cu ildə doğulduğu şəhərdə başa vurub. 1979-1982-ci illərdə N.Nərimanov adına mədəniyyət evində qarmon dərnəyinə gedib.
1980-1982-ci illərdə 1 nömrəli Musiqi Məktəbində qaboy dərsləri alıb. Sonra bir il Sumqayıt Kimya Zavodunun musiqi ansamblında işləyib. O, Azərbaycan musiqi sənətini inkişaf etdirmək məqsədi ilə 1993-cü ildə Türkiyəyə köçüb.
Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edən sənətkar balabanı ilə orada böyük dinləyici kütləsi qazanır. İndi onu təkcə Türkiyə yox, dünyanın digər ölkələri də tanıyır, sevə-sevə dinləyir. Dünyada işıq üzü görən yüzdən çox əcnəbi musiqidən ibarət albomda öz ifası ilə yer alıb.
"Balaban metodu" kitabının müəllifi olan sənətkar müxtəlif mükafatlara layiq görülüb. Tarixdə ilk dəfə olaraq simfonik orkestrin müşayiəti ilə balabanda simfoniya ifa edən Əlixan bəy balabanı erməniləşdirən yüzlərlə saytı bağladıb. Onun böyük zəhməti sayəsində balaban müasirləşdirilib və dünyaya tanıdılıb.