SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bayramov-Lavrov görüşündən çıxan nəticələr: Bakı Moskvanın moderatorluğundan razıdır

© Sputnik / Виталий БелоусовМинистр иностранных дел России Сергей Лавров и министр иностранных дел Азербайджана Джейхун Байрамов во время встречи в Москве
Министр иностранных дел России Сергей Лавров и министр иностранных дел Азербайджана Джейхун Байрамов во время встречи в Москве - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Politoloq bildirib ki, rəsmi Bakı Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün təsir imkanlarının daha çox olmasının fərqindədir.
BAKI, 7 dekabr — Sputnik. Dekabrın 5-də Rusiyada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü baş tutdu. XİN rəhbərləri görüşün yekunlarına əsasən Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planını imzaladılar.
Sputnik Azərbaycan Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərinin Rusiyaya səfərinin yekunları ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, Azərbaycan XİN rəhbərinin Moskvaya səfəri zamanı Azərbaycan və Rusiya arasında bu il ərzində 10-cu saziş imzalanmış oldu: "Rəsmi Bakı Moskvada razılaşdırılmış üçtərəfli bəyannaməyə hörmətlə yanaşır və onun şərtlərinin icra edilməsində maraqlıdır. O cümlədən Rusiyanın Azərbaycan və Ermənistan arasındakı moderatorluğu rəsmi Bakını qane edir".
Politoloq digər vasitəçi tərəf kimi Avropa İttifaqının, xüsusən də Fransanın prosesdə iştirakına toxunub və bildirib ki, Brüssel görüşünün baş tutmamasında Fransanın tutduğu qərəzli mövqe əsas rol oynayıb.
Onun sözlərinə görə, məhz buna görə də, Azərbaycan prezidenti tərəfindən danışıqların vasitəçilərsiz keçirilməsinin labüd olduğu qeyd olunub.
"Ötən gün XİN rəhbərlərinin verdiyi açıqlamalardan və əldə olunmuş razılıqlardan belə qənaətə gəlmək olur ki, rəsmi Bakı Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün təsir imkanlarının daha çox olmasının fərqindədir. Buna görədir ki, Azərbaycan tərəfi Rusiyanın vasitəçilik missiyasına daha çox önəm və əhəmiyyət verir. Ceyhun Bayramovun Sergey Lavrovla görüşündə əldə olunmuş yekun nəticələr bizə bu fikri səsləndirməyə imkan verir".
Elşən Manafov qeyd edib ki, rəsmi Bakının Brüssel görüşündən imtina etməsi də göstərir ki, Aİ-nin tənzimlə prosesində nümayiş etdirdiyi mövqe Azərbaycan tərəfini qane etmir: "Azərbaycanın əldə etdiyi qələbə geosiyasi reallıqların dəyişməsinə səbəb olub, ancaq Qərb bu reallıqları həzm etmək iqtidarında deyil. ABŞ nəyin bahasına olursa-olsun, Rusiyanı moderator kimi qəbul etmək istəmir. Ona görə də Qərb hər vəchlə Ermənistandakı hakimiyyətə təsir göstərir ki, danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləməyə davam etsin. Təbii ki, bu fakt rəsmi Bakının diqqətindən yayına bilməz".
Politoloq Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı General-mayor Andrey Volkovun Laçın dəhlizində mini gömrük postu qurulması barədə açıqlamasını da şərh edib.
O qeyd edib ki, sülhməramlı kontingent bir çox hallarda beynəlxalq hüququn müəyyən etdiyi norma və tələblərdən kənara çıxır: "Çünki sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidə humanitar dəstək və yardım adı altında erməni icmasının problemlərinin həllində iştirakı onların missiyası ilə üst-üstə düşmür. Bu işlər Azərbaycanın yurisdiksiyası daxilində həllini tapmalı məsələlərdir. Qarabağ Azərbaycanın daxili işidir. Onların problemlərinin həlli istiqamətində görülən işlər Azərbaycan suveren hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir".
"Biz onu da bilirik ki, Qarabağ ərazisində məskunlaşmış etnik ermənilərə humanitar dəstək adı altında silah-sursat da daşınır. Bu faktla bağlı Azərbaycan XİN və Müdafiə Nazirliyinin açıqlamaları olub. Gömrük postu vəziyyətə nəzarət edilməsinə və stabilliyin təmin olunmasına imkan yaradacaqsa, bu sülhməramlıların özü üçün baş ucalığı gətirəcək. Bu Rusiyanın moderatorluğu ilə bağlı Azərbaycan tərəfinin müsbət rəyini də gücləndirmiş olacaq".
Xəbər lenti
0