CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Akademiyadakı yanğında zəhərlənənlərin son vəziyyəti açıqlandı

© Photo : Oxu.AzDSX-nin Akademiyasındakı yanğın
DSX-nin Akademiyasındakı yanğın - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Qurumun tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.
BAKI, 7 dekabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsi ilə əlaqədar zəhərlənənlərin son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.
Rəsmi məlumata görə, onların vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün buraxılıblar.
Qeyd edək ki, dekabrın 6-da saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verib.
TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib. Ümumilikdə tüstüdən zəhərlənən 14 nəfər hospitalizasiya olunub.
Xəbər lenti
0