https://sputnik.az/20221206/siyasi-partiyalarla-bagli-yeni-qanun-layihesi-ikinci-oxunusda-qebul-edilib-449333105.html
Siyasi partiyalarla bağlı yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib
Siyasi partiyalarla bağlı yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib
Sputnik Azərbaycan
Əli Hüseynli qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasını, habelə birləşmək azadlığı hüququnu özündə tam ehtiva etdiyini vurğulayıb. 06.12.2022, Sputnik Azərbaycan
2022-12-06T14:52+0400
2022-12-06T14:52+0400
2022-12-06T14:52+0400
siyasət
"siyasi partiyalar haqqında" qanun
siyasi partiyalar
milli məclis
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_0:56:1589:950_1920x0_80_0_0_4f759590d2be1560fbc9f16f35f0dea4.jpg
BAKI, 6 dekabr - Sputnik. Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.Plenar iclasda Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli hazırda qüvvədə olan müvafiq qanunun 30 il əvvəl qəbul edildiyini deyib və Azərbaycanın həmin dövrü ilə indiki dövrü arasında müqayisə apararaq bu müddətdə ölkənin ictimai-siyasi həyatında baş verən köklü dəyişiklikləri diqqətə çatdırıb. Xüsusən də torpaqlarını işğaldan azad edən qalib Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olduğunu vurğulayan Fəzail İbrahimli bu yeni reallıqların və tələblərin, həmçinin keçən dövr ərzində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərin yeni qanunda təsbit olunmasının zərurətindən danışıb.Fəzail İbrahimli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində dövlət və cəmiyyət həyatında baş verən bu böyük dəyişikliklər prosesinə Milli Məclis qanunvericilik müstəvisində öz töhfəsini verməyə bilməzdi. Beləliklə, parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ediblər. Parlamentin sədri siyasi partiyaların təklifini dəstəkləyib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verib.O, layihə hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib. O, bu məsələ ilə bağlı Milli Məclisin ölkədə fəaliyyət göstərən siyasi partiyalara müraciət etdiyini və 47 siyasi partiyadan 250-dən çox təklifin daxil olduğunu, həmçinin Sosial Tədqiqatlar Mərkəzinin qanun layihəsi ilə bağlı sosial sorğu həyata keçirdiyini diqqətə çatdırıb.Vitse-spiker bildirib ki, bütün bunlar ümumiləşdiriləndən sonra qanun layihəsi geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Sonra qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə geniş dinləmələr və müzakirələr keçirilib. Aparılan müzakirələrdə səslənən fikirlər, irəli sürülən təkliflər nəzərə alınmaqla, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. O bildirib ki, sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib.Sonra qanun layihəsi ilə bağlı çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərindən irəli gəldiyini, dünya təcrübəsində və ölkə qanunvericiliyində baş verən dəyişikliklərlə bağlı olduğunu diqqətə çatdırıb.Əli Hüseynli qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasını, habelə birləşmək azadlığı hüququnu özündə tam ehtiva etdiyini vurğulayıb. O, komitədə sənədin geniş müzakirə edildiyini, komitənin rəyinin müsbət olduğunu bildirib və belə bir əminlik ifadə edib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi qəbul olunduqdan sonra ölkədə siyasi islahatların həyata keçirilməsinə, siyasi sistemin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.Sonra iclasda parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib. O, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalarla bağlı yeni qanun layihəsinin demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlandığını qeyd edib. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunun zəruri edən digər məqamlara da toxunan komitə sədri Azərbaycanın sağlam, rəqabətədavamlı, demokratik, sivil siyasi mübarizə ənənəsini yaratmağa qadir olan siyasi qüvvələrə ehtiyac duyduğunu deyib.Sonra qanun layihəsi ətrafında müzakirələr başlayıb.Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.Bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsi;siyasi partiyanın nizamnaməsi – siyasi partiyanın ümumi fəaliyyətini tənzimləyən və bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları əks etdirən təsis sənədi;siyasi partiyanın proqramı – siyasi partiyanın ideoloji fəaliyyətini tənzimləyən və bu Qanunun 13.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş məsələləri əks etdirən sənəd;siyasi partiyanın orqanları – siyasi partiyanın idarəetmə orqanları olan ali orqanı, icra orqanı və (və ya) sədri, həmçinin nəzarət orqanı;siyasi partiyanın struktur qurumları – siyasi partiyada müvafiq istiqamətlər üzrə yaradılmış məşvərətçi qurumlar, siyasi partiyanın qərargahında cari işlərlə məşğul olmaq məqsədilə yaradılmış bölmə (katiblik, aparat və s.), həmçinin yerli təşkilatlar;siyasi partiyanın qərargahı – siyasi partiyanın idarəetmə orqanlarının yerləşdiyi yer;siyasi partiyanın üzvü – siyasi partiyaya qəbul olunmuş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşı;nümayəndə – siyasi partiyanın ali orqanında təmsil olunmaq məqsədilə yerli təşkilat tərəfindən siyasi partiya üzvləri sırasından müəyyən olunan şəxs;nümayəndəlik norması – yerli təşkilatın nümayəndə sayını müəyyən etmək məqsədilə yerli təşkilat üzrə siyasi partiya üzvlərinin sayına əsasən müəyyən olunan norma;üzvlük haqqı – siyasi partiyanın üzvləri tərəfindən siyasi partiyanın nizamnaməsinə uyğun olaraq pul şəklində mütəmadi ödənilən vəsait;dövlət maliyyə yardımı – bu Qanunla nəzərdə tutulmuş qaydada siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsait;ianə – siyasi partiya qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pul və ya digər əmlak şəklində verilən vəsait, habelə digər formada göstərilən maddi yardım.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_322:0:1589:950_1920x0_80_0_0_bef5c21ab609dac6d63e22416c0cfc43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
"siyasi partiyalar haqqında" qanun, siyasi partiyalar, milli məclis
"siyasi partiyalar haqqında" qanun, siyasi partiyalar, milli məclis
Siyasi partiyalarla bağlı yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib
Əli Hüseynli qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasını, habelə birləşmək azadlığı hüququnu özündə tam ehtiva etdiyini vurğulayıb.
BAKI, 6 dekabr - Sputnik. Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Plenar iclasda Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli hazırda qüvvədə olan müvafiq qanunun 30 il əvvəl qəbul edildiyini deyib və Azərbaycanın həmin dövrü ilə indiki dövrü arasında müqayisə apararaq bu müddətdə ölkənin ictimai-siyasi həyatında baş verən köklü dəyişiklikləri diqqətə çatdırıb. Xüsusən də torpaqlarını işğaldan azad edən qalib Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olduğunu vurğulayan Fəzail İbrahimli bu yeni reallıqların və tələblərin, həmçinin keçən dövr ərzində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərin yeni qanunda təsbit olunmasının zərurətindən danışıb.
Fəzail İbrahimli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində dövlət və cəmiyyət həyatında baş verən bu böyük dəyişikliklər prosesinə Milli Məclis qanunvericilik müstəvisində öz töhfəsini verməyə bilməzdi. Beləliklə, parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ediblər. Parlamentin sədri siyasi partiyaların təklifini dəstəkləyib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verib.
O, layihə hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib. O, bu məsələ ilə bağlı Milli Məclisin ölkədə fəaliyyət göstərən siyasi partiyalara müraciət etdiyini və 47 siyasi partiyadan 250-dən çox təklifin daxil olduğunu, həmçinin Sosial Tədqiqatlar Mərkəzinin qanun layihəsi ilə bağlı sosial sorğu həyata keçirdiyini diqqətə çatdırıb.
Vitse-spiker bildirib ki, bütün bunlar ümumiləşdiriləndən sonra qanun layihəsi geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Sonra qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə geniş dinləmələr və müzakirələr keçirilib. Aparılan müzakirələrdə səslənən fikirlər, irəli sürülən təkliflər nəzərə alınmaqla, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. O bildirib ki, sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib.
Sonra qanun layihəsi ilə bağlı çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərindən irəli gəldiyini, dünya təcrübəsində və ölkə qanunvericiliyində baş verən dəyişikliklərlə bağlı olduğunu diqqətə çatdırıb.
Əli Hüseynli qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasını, habelə birləşmək azadlığı hüququnu özündə tam ehtiva etdiyini vurğulayıb. O, komitədə sənədin geniş müzakirə edildiyini, komitənin rəyinin müsbət olduğunu bildirib və belə bir əminlik ifadə edib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi qəbul olunduqdan sonra ölkədə siyasi islahatların həyata keçirilməsinə, siyasi sistemin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.
Sonra iclasda parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib. O, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalarla bağlı yeni qanun layihəsinin demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlandığını qeyd edib. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulunun zəruri edən digər məqamlara da toxunan komitə sədri Azərbaycanın sağlam, rəqabətədavamlı, demokratik, sivil siyasi mübarizə ənənəsini yaratmağa qadir olan siyasi qüvvələrə ehtiyac duyduğunu deyib.
Sonra qanun layihəsi ətrafında müzakirələr başlayıb.
Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.
Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
Bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsi;
siyasi partiyanın nizamnaməsi – siyasi partiyanın ümumi fəaliyyətini tənzimləyən və bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları əks etdirən təsis sənədi;
siyasi partiyanın proqramı – siyasi partiyanın ideoloji fəaliyyətini tənzimləyən və bu Qanunun 13.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş məsələləri əks etdirən sənəd;
siyasi partiyanın orqanları – siyasi partiyanın idarəetmə orqanları olan ali orqanı, icra orqanı və (və ya) sədri, həmçinin nəzarət orqanı;
siyasi partiyanın struktur qurumları – siyasi partiyada müvafiq istiqamətlər üzrə yaradılmış məşvərətçi qurumlar, siyasi partiyanın qərargahında cari işlərlə məşğul olmaq məqsədilə yaradılmış bölmə (katiblik, aparat və s.), həmçinin yerli təşkilatlar;
siyasi partiyanın qərargahı – siyasi partiyanın idarəetmə orqanlarının yerləşdiyi yer;
siyasi partiyanın üzvü – siyasi partiyaya qəbul olunmuş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşı;
nümayəndə – siyasi partiyanın ali orqanında təmsil olunmaq məqsədilə yerli təşkilat tərəfindən siyasi partiya üzvləri sırasından müəyyən olunan şəxs;
nümayəndəlik norması – yerli təşkilatın nümayəndə sayını müəyyən etmək məqsədilə yerli təşkilat üzrə siyasi partiya üzvlərinin sayına əsasən müəyyən olunan norma;
üzvlük haqqı – siyasi partiyanın üzvləri tərəfindən siyasi partiyanın nizamnaməsinə uyğun olaraq pul şəklində mütəmadi ödənilən vəsait;
dövlət maliyyə yardımı – bu Qanunla nəzərdə tutulmuş qaydada siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsait;
ianə – siyasi partiya qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pul və ya digər əmlak şəklində verilən vəsait, habelə digər formada göstərilən maddi yardım.