https://sputnik.az/20221206/sexsi-istifade-ucun-dermanlarin-xaricden-getirilmesine-problemler-yaradilir---deputat-449337066.html
Şəxsi istifadə üçün dərmanların xaricdən gətirilməsinə problemlər yaradılır - Deputat
Şəxsi istifadə üçün dərmanların xaricdən gətirilməsinə problemlər yaradılır - Deputat
Sputnik Azərbaycan
Razi Nurullayev bu məsələnin hökumətlə ciddi müzakirə edilməli olduğunu və həllinin qısa zamanda tapılmasının vacibliyini diqqətə çatdırıb 06.12.2022, Sputnik Azərbaycan
2022-12-06T18:25+0400
2022-12-06T18:25+0400
2022-12-06T18:50+0400
dərman
cəmiyyət
razi nurullayev
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584947_0:0:2593:1460_1920x0_80_0_0_e8585de0045fbd91c7a7a5cf4d4a1e4f.jpg
BAKI, 6 dekabr - Sputnik. “Bu gün ölkədə bütün sahələrdə bahalaşma davam edir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən addımlar atılır, parlament tərəfindən qanunlar qəbul edilir. Amma yenə də bahalaşma fonunda atılan addımlar geridə qalır".Bunu deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında deyib.O bildirib ki, vətəndaşlar üçün zəruri olan məhsullar var və gərək o məhsulların şəxsi istifadə üçün xaricdən gətirilməsinə problemlər yaradılmasın. Ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatlarını alıb gətirirlər: “Quru sərhədləri bağlıdır, səyahət yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərmanı xaricdən gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, 1 illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və zənnimcə, düz edir. Nəinki düz edir, vacib olanı edir. Bunu mən də etmək istəyirəm. Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur. Şəxsən mən xarici ölkəyə gedəndə elə qohum-əqrabamın məndən xahiş etdiyi dərman bir zənbil olur. O insanları tanıyıram ki, xəstədir, o dərmanlara ehtiyacı var, baha olduğuna görə çatdırıb ala bilmir. Heç zaman bir qutudan artıq dərman almamışam çünki narahat olmuşam ki, hava limanında üzümə söz gələr. Amma bu, o deməkdir ki, o insan bahaçılığa görə dərmanları ala bilmir, bir neçə il ömrü qısalır. Bu, ürəkağrıdıcı mənzərədir”.Razi Nurullayev diqqətə çatdırıb ki, bu problemdən iki çıxış yolu var: "Ya biz dərmanların qiymətini elə tənzimləyək ki, fərq bir dəfə olsun, ya da insanların şəxsi istifadəsi üçün gətirdiyi dərmanların sərhədlərdə yoxlamaya məruz qalaraq müsadirə edilməsinin qarşısını alaq. İnsan xəstə olduğunu və o dərmanlara ehtiyacı olduğunu göstərən zaman belə, güzəşt edilmir. Mən aidiyyəti qurumun əməkdaşlarını qınamıram. Onlar vəzifə borclarını yerinə yetirirlər. Bu məsələ hökumətlə ciddi müzakirə edilməli və həll yolu qısa zamanda tapılmalıdır. İnsanlar yazıqdır”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584947_197:0:2408:1658_1920x0_80_0_0_bdce479d6d3796698a372b3aa970fb56.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dərman, razi nurullayev
Şəxsi istifadə üçün dərmanların xaricdən gətirilməsinə problemlər yaradılır - Deputat
18:25 06.12.2022 (Yenilənib: 18:50 06.12.2022) Razi Nurullayev bu məsələnin hökumətlə ciddi müzakirə edilməli olduğunu və həllinin qısa zamanda tapılmasının vacibliyini diqqətə çatdırıb
BAKI, 6 dekabr - Sputnik. “Bu gün ölkədə bütün sahələrdə bahalaşma davam edir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən addımlar atılır, parlament tərəfindən qanunlar qəbul edilir. Amma yenə də bahalaşma fonunda atılan addımlar geridə qalır".
Bunu deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında deyib.
O bildirib ki, vətəndaşlar üçün zəruri olan məhsullar var və gərək o məhsulların şəxsi istifadə üçün xaricdən gətirilməsinə problemlər yaradılmasın. Ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatlarını alıb gətirirlər: “Quru sərhədləri bağlıdır, səyahət yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərmanı xaricdən gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, 1 illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və zənnimcə, düz edir. Nəinki düz edir, vacib olanı edir. Bunu mən də etmək istəyirəm. Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur. Şəxsən mən xarici ölkəyə gedəndə elə qohum-əqrabamın məndən xahiş etdiyi dərman bir zənbil olur. O insanları tanıyıram ki, xəstədir, o dərmanlara ehtiyacı var, baha olduğuna görə çatdırıb ala bilmir. Heç zaman bir qutudan artıq dərman almamışam çünki narahat olmuşam ki, hava limanında üzümə söz gələr. Amma bu, o deməkdir ki, o insan bahaçılığa görə dərmanları ala bilmir, bir neçə il ömrü qısalır. Bu, ürəkağrıdıcı mənzərədir”.
Razi Nurullayev diqqətə çatdırıb ki, bu problemdən iki çıxış yolu var: "Ya biz dərmanların qiymətini elə tənzimləyək ki, fərq bir dəfə olsun, ya da insanların şəxsi istifadəsi üçün gətirdiyi dərmanların sərhədlərdə yoxlamaya məruz qalaraq müsadirə edilməsinin qarşısını alaq. İnsan xəstə olduğunu və o dərmanlara ehtiyacı olduğunu göstərən zaman belə, güzəşt edilmir. Mən aidiyyəti qurumun əməkdaşlarını qınamıram. Onlar vəzifə borclarını yerinə yetirirlər. Bu məsələ hökumətlə ciddi müzakirə edilməli və həll yolu qısa zamanda tapılmalıdır. İnsanlar yazıqdır”.