DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Orban Rusiyaya qarşı sanksiyalara yenidən baxmağa çağırıb

© AFP 2023 / ATTILA KISBENEDEKMacarıstanın baş naziri Viktor Orban
Macarıstanın baş naziri Viktor Orban - Sputnik Azərbaycan, 1920, 06.12.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl sanksiyaların bütün dünya iqtisadiyyatına ciddi zərbə vurduğunu və Qərbin əsas məqsədinin milyonlarla insanın həyatını pisləşdirmək olduğunu bəyan edib.
BAKI, 6 dekabr — Sputnik. Macarıstanın Baş naziri Viktor Orban, Fransa Prezidenti Emmanuel Makronun Ukraynadakı münaqişənin Aİ və ABŞ-a fərqli şəkildə təsir etdiyi barədə açıqlamasını dəstəkləyərək Rusiya Federasiyasına qarşı sanksiyalara yenidən baxmağa çağırıb.
"Prezident Makron haqlıdır: Rusiya və Ukrayna müharibəsinin dəyəri Atlantikanın hər iki tərəfində eyni deyil. Avropa sənayesinin sağ qalmasını istəyiriksə, Avropa enerji böhranı problemini tez bir zamanda həll etməliyik. Sanksiyalara yenidən baxmağın vaxtı gəlib", - deyə Orban özünün "Twitter" səhifəsində yazıb.
Makron daha əvvəl ABŞ-ın "CBS" telekanalına müsahibəsində bildirib ki, enerji daşıyıcılarının yüksək qiymətləri səbəbindən ABŞ-Avropa münasibətlərində "sinxronlaşma" mövcuddur. O, xatırladıb ki, Avropa qaz və neftin alıcısı, ABŞ isə istehsalçıdır. Beləliklə, Fransa lideri qeyd edib ki, Aİ və ABŞ-ın sənaye və ev təsərrüfatları enerji daşıyıcılarını müxtəlif qiymətlərlə alırlar. Onun sözlərinə görə, bu boşluq, cəmiyyətlərin alıcılıq qabiliyyətinə və rəqabət qabiliyyətinə təsir edir.
Qərb Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqini artırıb. Bu da Avropa və ABŞ-da elektrik, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanın qarşısını almaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır, sanksiyalar isə bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Rusiya dəfələrlə bəyan edib ki, Rusiya Qərbin ona yaratdığı bütün problemləri həll edəcək.
Xəbər lenti
0