https://sputnik.az/20221206/o-qatarin-dalinca-baxma-ady-sernisinlerin-intizarina-ne-vaxt-son-qoyacaq-449314276.html
"O qatarın dalınca baxma": ADY sərnişinlərin intizarına nə vaxt son qoyacaq?
"O qatarın dalınca baxma": ADY sərnişinlərin intizarına nə vaxt son qoyacaq?
Sputnik Azərbaycan
Dəmiryolu ilə sərnişindaşıma rahat və təhlükəsiz olsa da, Azərbaycanda bölgələrə qatarla sərnişindaşıma bərpa olunmur. 06.12.2022, Sputnik Azərbaycan
2022-12-06T10:00+0400
2022-12-06T10:00+0400
2022-12-06T10:00+0400
qatar
cəmiyyət
azərbaycan dəmir yolları
"azərbaycan dəmir yolları" qapalı səhmdar cəmiyyəti
"azərbaycan dəmir yolları" qsc
https://cdnn1.img.sputnik.az/img/42160/17/421601761_0:208:2000:1333_1920x0_80_0_0_606492e8b9daa40a9f996e0f539b2a67.jpg
BAKI, 6 dekabr — Sputnik. "Bakıdan Balakənə 7 saata çatıram. Qatarla gələndə gecə yatıb səhər Balakəndə olurduq. Həm rahat gəlirdik, həm də vaxt itkisi olmurdu".Balakən sakini Ayşə Məmmədova minlərlə Azərbaycan vətəndaşı kimi pandemiya bəhanəsi ilə rayonlara qatarla sərnişindaşımaya ara verən, pandemyanın bitməsinə rəğmən qatarların hərəkətini bərpa etməyən Azərbaycan Dəmir Yollarından şikayətçidir. "İki ildən çoxdur ki, bölgələrə qatarla sərnişin daşınmır. Biz də məcbur olub taksilərlə gəlib-gedirik. Avtobusla reyslərə bilet tapa bilmirik. Taksiyə isə ən az çıxanda 20 manat yola pulumuz çıxır. Qatarla gələndə amma həm sərfəli olurdu, həm də rahat", - o, deyir.Həmsöhbətimiz bildirir ki, balakənli dörd nəfərlik bir ailənin Bakıdan rayona bir dəfə gedib-gəlməsi taksi ilə minumum 160 manata başa gəlir. Dəmiryolu ilə isə bir sərnişinin bilet qiyməti kupeyə 12 manat, plaskarta isə 8 manat idi. Bu qiymətə bir ailə bayramlarda Bakıdan Balakənə gedib doğmalarını ziyarət edib qayıda bilirdi.Ayşə Məmmədova kimi yüzlərlə Balakən sakini qatarla sərnişindaşımanın bərpa olunacağı günü gözləyir.Məlumat üçün bildirək ki, 2020-ci ildə dünyada koronavirus pandemiyası səbəbilə Azərbaycanda da xüsusi karantin rejimi elan edib, həmin rejim çərçivəsində bir müddət ölkədə şəhərlərarası bütün növ nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Daha sonra digər nəqliyyat növlərinin gedib-gəlişinə məhdudiyyət aradan qaldırılsa da, dəmir yollarının sərnişindaşıma fəaliyyəti əsasən bərpa olunmayıb. Hazırda ölkəmizdə Gəncə sürət qatarı istisna olmaqla, bölgələrə qatarla sərnişindaşıma dayandırılıb. Qarşıdan isə Yeni il bayramı gəlir. Hər il bayram ərəfəsi rayonlara sərnişin axını artdığından Bakı Beynəlxalq Avtovağzal Kompleksində izdiham yaşanır. Sərnişinlər avtobusa bilet tapa bilmədiklərindən taksilərin xidmətindən yararlanmaq məcburiyyətində qalırlar. Taksilər isə həmin ərəfədə qiyməti ikiqat bahalaşdırırlar. Bəs görəsən dəmiryolu ilə bölgələrə sərnişindaşıma niyə bərpa olunmur?İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, rayonlara dəmiryolu ilə sərnişindaşımanın bərpa olunmamasının səbəbi pandemiya ilə bağlı deyil. Əks halda Gəncəyə qatarla sərnişindaşıma bərpa olunmazdı.N. Cəfərli bildirib ki, rayonlara qatarla sərnişindaşımanın bərpa olunmamasının bir səbəbi rentabelli olmaması ilə izah oluna bilər. Amma rentabelli olması üçün qiymətin qaldırılması da hazırki infrastrukturla düzgün deyil: "Qatarın sürəti aşağıdır. Bu sürəti saxlamaqla bilet qiyməti artırılsa sərnişinlər o yolu avtomobillə getməyə üstünlük verəcək. Ona görə də, bu sahənin yeni konsepsiya ilə işlənilməsinə ehtiyac var. Qatarın sürətinin artırılması, rahatlığının yaradılması haqqında düşünülməlidir. Bundan sonra qiymət siyasətində müəyyən dəyişiklik etmək olar. Həmçinin yeni marşrutlar haqqında düşünməyə ehtiyac var. Lənkəranı Qazağa, bölgələri bir-birinə bağlayan dəmiryol xətləri olmalıdır. Hazırda dəmiryolu marşrutları Bakı üzərindən təşkil olunur. Böyük şəhərlərdən də qatarla sərnişindaşıma təşkil oluna bilər. Bakıdan Gəncəyə sürət qatarı təcrübəsini digər sərnişin axını olan bölgələrə də tətbiq etmək mümkündür. Sürət və komfort artarsa, dəmiryolu ilə sərnişindaşımanın cəlbediciliyi də artar. Bundan sonra qiymətlərə də müəyyən dəyişiklik etmək olar".Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaxtıilə sərnişindaşıma sistemi elə dəmiryolunun üzərində qurulub. Onun sözlərinə görə, dəmiryolu ilə sərnişindaşıma həm rahat, həm də təhlükəsizdir. Ekspert deyir ki, dəmiryolunun əvəzini verən ikinci bir nəqliyyat sistemi yoxdur. Bu baxımdan dəmiryolu ilə sərnişindaşımaya üstünlük verilməlidir. Çox təəssüf ki, həm yükdaşımalarda, həm də sərnişindaşımalarda yük avtomobil nəqliyyatının üzərinə düşür: "Ölkəmizdə təkcə avtomobil nəqliyyatı yoxdur axı. Dəmiryolu nəqliyyatının inkişafına hər il xeyli vəsait xərclənir. Bu baxımdan, gələcəkdə dəmiryol nəqliyyatının inkişafı təmin edilməlidir".E. Muradlı həmçinin qeyd edib ki, "Azərbaycan Dəmir Yolları" QSC-ə yeni rəhbərin təyin olunması bu baxımdan ümidləri artırır."Azərbaycan Dəmir Yolları" QSC mətbuata açıqlamasında qatarların hərəkətinin bərpa olunmamasını dəmiryol xətlərinin dəyişməsi və yeni qatarların alınması ilə əlaqələndirib. Azərbaycan Dəmir Yollarından mətbuata onu da bildiriblər ki, xətlər dəyişdirildiyi üçün onlara uyğun qatarlar sifariş olunub: "ADY hazırda İsveçrədən 10 müasir tipli qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur", - ADY-dən bildiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42160/17/421601761_223:0:2000:1333_1920x0_80_0_0_29aa66fc840aaf46c34f228cd998faad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qatar, azərbaycan dəmir yolları, "azərbaycan dəmir yolları" qapalı səhmdar cəmiyyəti, "azərbaycan dəmir yolları" qsc
qatar, azərbaycan dəmir yolları, "azərbaycan dəmir yolları" qapalı səhmdar cəmiyyəti, "azərbaycan dəmir yolları" qsc
"O qatarın dalınca baxma": ADY sərnişinlərin intizarına nə vaxt son qoyacaq?
Dəmiryolu ilə sərnişindaşıma rahat və təhlükəsiz olsa da, Azərbaycanda bölgələrə qatarla sərnişindaşıma bərpa olunmur.
BAKI, 6 dekabr — Sputnik. "Bakıdan Balakənə 7 saata çatıram. Qatarla gələndə gecə yatıb səhər Balakəndə olurduq. Həm rahat gəlirdik, həm də vaxt itkisi olmurdu".
Balakən sakini Ayşə Məmmədova minlərlə Azərbaycan vətəndaşı kimi pandemiya bəhanəsi ilə rayonlara qatarla sərnişindaşımaya ara verən, pandemyanın bitməsinə rəğmən qatarların hərəkətini bərpa etməyən Azərbaycan Dəmir Yollarından şikayətçidir.
"İki ildən çoxdur ki, bölgələrə qatarla sərnişin daşınmır. Biz də məcbur olub taksilərlə gəlib-gedirik. Avtobusla reyslərə bilet tapa bilmirik. Taksiyə isə ən az çıxanda 20 manat yola pulumuz çıxır. Qatarla gələndə amma həm sərfəli olurdu, həm də rahat", - o, deyir.
Həmsöhbətimiz bildirir ki, balakənli dörd nəfərlik bir ailənin Bakıdan rayona bir dəfə gedib-gəlməsi taksi ilə minumum 160 manata başa gəlir. Dəmiryolu ilə isə bir sərnişinin bilet qiyməti kupeyə 12 manat, plaskarta isə 8 manat idi. Bu qiymətə bir ailə bayramlarda Bakıdan Balakənə gedib doğmalarını ziyarət edib qayıda bilirdi.
Ayşə Məmmədova kimi yüzlərlə Balakən sakini qatarla sərnişindaşımanın bərpa olunacağı günü gözləyir.
Məlumat üçün bildirək ki, 2020-ci ildə dünyada koronavirus pandemiyası səbəbilə Azərbaycanda da xüsusi karantin rejimi elan edib, həmin rejim çərçivəsində bir müddət ölkədə şəhərlərarası bütün növ nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Daha sonra digər nəqliyyat növlərinin gedib-gəlişinə məhdudiyyət aradan qaldırılsa da, dəmir yollarının sərnişindaşıma fəaliyyəti əsasən bərpa olunmayıb. Hazırda ölkəmizdə Gəncə sürət qatarı istisna olmaqla, bölgələrə qatarla sərnişindaşıma dayandırılıb.
Qarşıdan isə Yeni il bayramı gəlir. Hər il bayram ərəfəsi rayonlara sərnişin axını artdığından Bakı Beynəlxalq Avtovağzal Kompleksində izdiham yaşanır. Sərnişinlər avtobusa bilet tapa bilmədiklərindən taksilərin xidmətindən yararlanmaq məcburiyyətində qalırlar. Taksilər isə həmin ərəfədə qiyməti ikiqat bahalaşdırırlar. Bəs görəsən dəmiryolu ilə bölgələrə sərnişindaşıma niyə bərpa olunmur?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, rayonlara dəmiryolu ilə sərnişindaşımanın bərpa olunmamasının səbəbi pandemiya ilə bağlı deyil. Əks halda Gəncəyə qatarla sərnişindaşıma bərpa olunmazdı.
N. Cəfərli bildirib ki, rayonlara qatarla sərnişindaşımanın bərpa olunmamasının bir səbəbi rentabelli olmaması ilə izah oluna bilər. Amma rentabelli olması üçün qiymətin qaldırılması da hazırki infrastrukturla düzgün deyil:
"Qatarın sürəti aşağıdır. Bu sürəti saxlamaqla bilet qiyməti artırılsa sərnişinlər o yolu avtomobillə getməyə üstünlük verəcək. Ona görə də, bu sahənin yeni konsepsiya ilə işlənilməsinə ehtiyac var. Qatarın sürətinin artırılması, rahatlığının yaradılması haqqında düşünülməlidir. Bundan sonra qiymət siyasətində müəyyən dəyişiklik etmək olar. Həmçinin yeni marşrutlar haqqında düşünməyə ehtiyac var. Lənkəranı Qazağa, bölgələri bir-birinə bağlayan dəmiryol xətləri olmalıdır. Hazırda dəmiryolu marşrutları Bakı üzərindən təşkil olunur. Böyük şəhərlərdən də qatarla sərnişindaşıma təşkil oluna bilər. Bakıdan Gəncəyə sürət qatarı təcrübəsini digər sərnişin axını olan bölgələrə də tətbiq etmək mümkündür. Sürət və komfort artarsa, dəmiryolu ilə sərnişindaşımanın cəlbediciliyi də artar. Bundan sonra qiymətlərə də müəyyən dəyişiklik etmək olar".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaxtıilə sərnişindaşıma sistemi elə dəmiryolunun üzərində qurulub. Onun sözlərinə görə, dəmiryolu ilə sərnişindaşıma həm rahat, həm də təhlükəsizdir. Ekspert deyir ki, dəmiryolunun əvəzini verən ikinci bir nəqliyyat sistemi yoxdur. Bu baxımdan dəmiryolu ilə sərnişindaşımaya üstünlük verilməlidir. Çox təəssüf ki, həm yükdaşımalarda, həm də sərnişindaşımalarda yük avtomobil nəqliyyatının üzərinə düşür:
"Ölkəmizdə təkcə avtomobil nəqliyyatı yoxdur axı. Dəmiryolu nəqliyyatının inkişafına hər il xeyli vəsait xərclənir. Bu baxımdan, gələcəkdə dəmiryol nəqliyyatının inkişafı təmin edilməlidir".
E. Muradlı həmçinin qeyd edib ki, "Azərbaycan Dəmir Yolları" QSC-ə yeni rəhbərin təyin olunması bu baxımdan ümidləri artırır.
"Azərbaycan Dəmir Yolları" QSC mətbuata açıqlamasında qatarların hərəkətinin bərpa olunmamasını dəmiryol xətlərinin dəyişməsi və yeni qatarların alınması ilə əlaqələndirib. Azərbaycan Dəmir Yollarından mətbuata onu da bildiriblər ki, xətlər dəyişdirildiyi üçün onlara uyğun qatarlar sifariş olunub: "ADY hazırda İsveçrədən 10 müasir tipli qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur", - ADY-dən bildiriblər.