https://sputnik.az/20221206/mermer-soyugu-16-ci-avrasiya-film-festivalinda-449338051.html
"Mərmər soyuğu" 16-cı Avrasiya Film Festivalında
"Mərmər soyuğu" 16-cı Avrasiya Film Festivalında
Sputnik Azərbaycan
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları... 06.12.2022, Sputnik Azərbaycan
2022-12-06T16:06+0400
2022-12-06T16:06+0400
2022-12-07T09:05+0400
avrasiya
mədəniyyət
film
festival
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/06/449333751_137:0:1072:526_1920x0_80_0_0_15677addf17e836ffcb60925a588725b.jpg
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi XVI Avrasiya Film Festivalının beynəlxalq müsabiqə proqramına seçilib.Festival 12-18 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Qeyd edək ki, proqramda ümumilikdə 15 film iştirak edir.Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.“Mərmər soyuğu” Estoniyanın Tallin şəhərində 26-cı PÖFF - Tallinn Black Nights Film Festivalı çərçivəsində dünya premyerasını edərək, "Ən yaxşı aktyor" (Qurban İsmayılov) mükafatına layiq görülmüşdür. Qeyd edək ki, film həmçinin nüfuzlu kinofestivallardan hesab edilən, Hindistanın Qoa əyalətində keçirilən IFFI Goa - 53-cü Hindistan Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında da iştirak edib.Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/06/449333751_254:0:955:526_1920x0_80_0_0_10b7456612a48467a74a47e69d335b30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avrasiya, film, festival
"Mərmər soyuğu" 16-cı Avrasiya Film Festivalında
16:06 06.12.2022 (Yenilənib: 09:05 07.12.2022) Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur.
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi XVI Avrasiya Film Festivalının beynəlxalq müsabiqə proqramına seçilib.
Festival 12-18 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Qeyd edək ki, proqramda ümumilikdə 15 film iştirak edir.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
“Mərmər soyuğu” Estoniyanın Tallin şəhərində 26-cı PÖFF - Tallinn Black Nights Film Festivalı çərçivəsində dünya premyerasını edərək, "Ən yaxşı aktyor" (Qurban İsmayılov) mükafatına layiq görülmüşdür. Qeyd edək ki, film həmçinin nüfuzlu kinofestivallardan hesab edilən, Hindistanın Qoa əyalətində keçirilən IFFI Goa - 53-cü Hindistan Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında da iştirak edib.
Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.