Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

DÇ-2022-də qalmaqal: Eto'o azarkeşi döyüb

© AFP 2023 / SEBASTIEN FEVALSamuel Etoo
Samuel Etoo - Sputnik Azərbaycan, 1920, 06.12.2022
Abunə olmaq
Futbol veteranı azarkeşin üzünə təpik də vurub
BAKI, 6 dekabr — Sputnik. Qətərdə keçirilən DÇ-2022-də xoşagəlməz hadisə yaşanıb.
Qalmaqalın səbəbkarı Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'o olub.
Hadisə “Barselona”nın və Kamerun millisinin sabiq hücumçusu stadionun yaxınlığında azarkeşlərlə şəkil çəkdirdiyi vaxtda baş verib. Həmin vaxt hər şeyi kameraya çəkən şəxs Etooya nə isə deyib.
Bundan qəzəblənən kamerunlu gəncin üstünə şığıyıb. Əvvəl onu itələyən futbol veteranı üzünə təpik də vurub. Etoonun əhatəsindəki şəxslərdən biri zərərçəkmişin kamerasını da əlindən alıb. (APA)
Xəbər lenti
0