https://sputnik.az/20221206/azerbaycan-ve-bezi-olkeler-elektrik-enerjisi-ile-bagli-ne-vaxt-raziliga-gelecekler-449305760.html
Azərbaycan və bəzi ölkələr elektrik enerjisi ilə bağlı nə vaxt razılığa gələcəklər
Azərbaycan və bəzi ölkələr elektrik enerjisi ilə bağlı nə vaxt razılığa gələcəklər
Sputnik Azərbaycan
Layihə çərçivəsində Azərbaycanın elektrik enerjisini nəql edəcək elektrik kabelinin Macarıstana qədər uzanması, Gürcüstanın isə tranzit ölkə kimi çıxış etməsi... 06.12.2022, Sputnik Azərbaycan
2022-12-06T08:42+0400
2022-12-06T08:42+0400
2022-12-06T08:42+0400
azərbaycan
cəmiyyət
yaşıl enerji
elektrik enerjisi
https://cdnn1.img.sputnik.az/img/40632/92/406329225_0:0:1280:721_1920x0_80_0_0_d7d8d2c29aca9505b792a5e9e357ed50.jpg
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstan dekabrın 17-də Buxarestdə yaşıl elektrik enerjisinin tədarükü üçün elektrik kabelinin çəkilməsi haqqında memorandum imzalayacaqlar.Bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku və azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında dekabrın 1-də Lodzda keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsindəki danışıqlar zamanı qeyd edilib.Medianın məlumatına görə, layihə çərçivəsində elektrik kabelinin də Macarıstana uzanması və Gürcüstanın tranzit ölkə kimi çıxış edəcəyi nəzərdə tutulur.Aİ-yə elektrik enerjisi tədarükü layihəsiAzərbaycan və Rumıniya artıq bir müddətdir ki, Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Bu il aprel ayının əvvəlində bu məsələ bir daha Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Dünya Bankının missiyasının üzvləri tərəfindən müzakirə edilib.Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto da bu yaxınlarda bildirib ki, ölkə Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya Azərbaycanın “yaşıl” elektrik enerjisinin tədarükü layihəsinə qoşulub."Azərbaycan “yaşıl” elektrik enerjisini istehsal edərək onu Gürcüstana, oradan isə sualtı kabel vasitəsilə Rumıniyaya çatdıracaq. Bu gün biz razılaşdıq ki, Macarıstan bu genişmiqyaslı plana qoşulacaq, çünki layihənin Aİ-nin dəstəyini alması üçün ən azı iki ölkə bu planda iştirak etməlidir. Beləliklə, “yaşıl” elektrik enerjisini qismən daxili istifadə üçün, qismən də tranzit məqsədilə ölkəmizə ötürmək mümkündür", - deyə Siyarto bildirib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40632/92/406329225_0:0:1280:960_1920x0_80_0_0_decd595430e3566b502f56b0fb73165b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, yaşıl enerji, elektrik enerjisi
azərbaycan, yaşıl enerji, elektrik enerjisi
Azərbaycan və bəzi ölkələr elektrik enerjisi ilə bağlı nə vaxt razılığa gələcəklər
Layihə çərçivəsində Azərbaycanın elektrik enerjisini nəql edəcək elektrik kabelinin Macarıstana qədər uzanması, Gürcüstanın isə tranzit ölkə kimi çıxış etməsi nəzərdə tutulur.
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstan dekabrın 17-də Buxarestdə yaşıl elektrik enerjisinin tədarükü üçün elektrik kabelinin çəkilməsi haqqında memorandum imzalayacaqlar.
Bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku və azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında dekabrın 1-də Lodzda keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsindəki danışıqlar zamanı qeyd edilib.
Medianın məlumatına görə, layihə çərçivəsində elektrik kabelinin də Macarıstana uzanması və Gürcüstanın tranzit ölkə kimi çıxış edəcəyi nəzərdə tutulur.
Aİ-yə elektrik enerjisi tədarükü layihəsi
Azərbaycan və Rumıniya artıq bir müddətdir ki, Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Bu il aprel ayının əvvəlində bu məsələ bir daha Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Dünya Bankının missiyasının üzvləri tərəfindən müzakirə edilib.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto da bu yaxınlarda bildirib ki, ölkə Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya Azərbaycanın “yaşıl” elektrik enerjisinin tədarükü layihəsinə qoşulub.
"Azərbaycan “yaşıl” elektrik enerjisini istehsal edərək onu Gürcüstana, oradan isə sualtı kabel vasitəsilə Rumıniyaya çatdıracaq. Bu gün biz razılaşdıq ki, Macarıstan bu genişmiqyaslı plana qoşulacaq, çünki layihənin Aİ-nin dəstəyini alması üçün ən azı iki ölkə bu planda iştirak etməlidir. Beləliklə, “yaşıl” elektrik enerjisini qismən daxili istifadə üçün, qismən də tranzit məqsədilə ölkəmizə ötürmək mümkündür", - deyə Siyarto bildirib.