https://sputnik.az/20221206/amerikalilar-abs-in-ukraynani-sulhe-mecbur-etmeli-oldugunu-hesab-edirler-449337502.html
Amerikalılar ABŞ-ın Ukraynanı sülhə məcbur etməli olduğunu hesab edirlər
Amerikalılar ABŞ-ın Ukraynanı sülhə məcbur etməli olduğunu hesab edirlər
Sputnik Azərbaycan
Çikaqo ümumdünya məsələləri Şurasının sorğusu noyabrın 18-dən 20-dək ölkə üzrə internetdə 18 yaşdan yuxarı 1030 amerikalı arasında aparılıb. 06.12.2022, Sputnik Azərbaycan
2022-12-06T16:37+0400
2022-12-06T16:37+0400
2022-12-06T16:53+0400
abş
dünya xəbərləri
sülh
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0e/448546062_0:161:3071:1888_1920x0_80_0_0_41ba747271f2885ea246248680f96121.jpg
BAKI, 6 dekabr — Sputnik. Çikaqo ümumdünya məsələləri Şurasının sorğusuna əsasən, amerikalıların, təxminən, yarısı hesab edir ki, Vaşinqton Kiyevi mümkün qədər tez sülh danışıqlarına çağırmalıdır.Tədqiqat noyabrın 18-dən 20-dək ölkə üzrə internetdə 18 yaşdan yuxarı 1030 amerikalı arasında aparılıb. Marjinal seçmə xətası 3,1%-dən çox deyil.Əldə olunan nəticələrə görə, amerikalıların 47% - i "amerikalıların ev təsərrüfatı xərclərinin bu qədər "nəhəng" olmaması üçün - hətta bu, Ukrayna üçün ərazilərin bir hissəsini itirmək demək olsa da", ABŞ-ın Ukraynanı mümkün qədər tez Rusiya ilə sülh razılaşmalarına çağırması ilə razıdırlar. Bu mövqedə olan respondentlərin əksəriyyəti özlərini respublikaçılara aid edirlər (63%). Demokratların yalnız 36% - i bu iddia ilə razılaşırlar.Bundan əlavə, respondentlərin 29%-i hesab edir ki, ABŞ Ukraynaya dəstəyini tədricən dayandırmalıdır, 48%-i isə "ABŞ Ukraynaya nə qədər vaxt lazımdırsa, dəstəkləməlidir" fikri ilə razılaşıb. Son bəyanatla respublikaçıların yalnız 33%-i və demokratların 61%-i razıdır.ABŞ-ın Ukraynaya mart-oktyabr aylarında həddən artıq yardım göstərdiyini düşünən amerikalıların sayının noyabr ayında 5 dəfə artaraq 30% olduğu bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0e/448546062_170:0:2901:2048_1920x0_80_0_0_38e60673de675b17a43ce5d0ae64a210.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, sülh, ukrayna
Amerikalılar ABŞ-ın Ukraynanı sülhə məcbur etməli olduğunu hesab edirlər
16:37 06.12.2022 (Yenilənib: 16:53 06.12.2022) Çikaqo ümumdünya məsələləri Şurasının sorğusu noyabrın 18-dən 20-dək ölkə üzrə internetdə 18 yaşdan yuxarı 1030 amerikalı arasında aparılıb.
BAKI, 6 dekabr — Sputnik. Çikaqo ümumdünya məsələləri Şurasının sorğusuna əsasən, amerikalıların, təxminən, yarısı hesab edir ki, Vaşinqton Kiyevi mümkün qədər tez sülh danışıqlarına çağırmalıdır.
Tədqiqat noyabrın 18-dən 20-dək ölkə üzrə internetdə 18 yaşdan yuxarı 1030 amerikalı arasında aparılıb. Marjinal seçmə xətası 3,1%-dən çox deyil.
Əldə olunan nəticələrə görə, amerikalıların 47% - i "amerikalıların ev təsərrüfatı xərclərinin bu qədər "nəhəng" olmaması üçün - hətta bu, Ukrayna üçün ərazilərin bir hissəsini itirmək demək olsa da", ABŞ-ın Ukraynanı mümkün qədər tez Rusiya ilə sülh razılaşmalarına çağırması ilə razıdırlar. Bu mövqedə olan respondentlərin əksəriyyəti özlərini respublikaçılara aid edirlər (63%). Demokratların yalnız 36% - i bu iddia ilə razılaşırlar.
Bundan əlavə, respondentlərin 29%-i hesab edir ki, ABŞ Ukraynaya dəstəyini tədricən dayandırmalıdır, 48%-i isə "ABŞ Ukraynaya nə qədər vaxt lazımdırsa, dəstəkləməlidir" fikri ilə razılaşıb. Son bəyanatla respublikaçıların yalnız 33%-i və demokratların 61%-i razıdır.
ABŞ-ın Ukraynaya mart-oktyabr aylarında həddən artıq yardım göstərdiyini düşünən amerikalıların sayının noyabr ayında 5 dəfə artaraq 30% olduğu bildirilib.