https://sputnik.az/20221206/amb-naxcivan-dovlet-sigorta-xidmeti-lisenziyasiz-fealiyyet-gosterib-449348207.html
AMB: Naxçıvan Dövlət Sığorta Xidməti lisenziyasız fəaliyyət göstərib
AMB: Naxçıvan Dövlət Sığorta Xidməti lisenziyasız fəaliyyət göstərib
Sputnik Azərbaycan
Naxçıvan Dövlət Sığorta Xidməti Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun 2020-ci ildə imzaladığı Fərmanla yaradılıb. 06.12.2022, Sputnik Azərbaycan
2022-12-06T20:43+0400
2022-12-06T20:43+0400
2022-12-06T21:52+0400
iqtisadiyyat
mərkəzi bank
naxçıvan
sığorta
xidmət
https://cdnn1.img.sputnik.az/img/40384/38/403843815_0:0:1800:1014_1920x0_80_0_0_3f0121042b59578e1173bc5870ca552f.jpg
BAKI, 6 dekabr - Sputnik. Naxçıvan Muxtar Respublikası (NMR) Dövlət Sığorta Xidməti (NDSX) lisenziyası olmadan sığorta xidmətləri həyata keçirib.Naxçıvan Dövlət Sığorta Xidmətindən "APA-Economics"in sualına cavab olaraq bildirilib ki, Xidmət həyat və qeyri-həyat sığorta sinifləri üzrə 5-i icbari, 12-si könüllü olmaqla 17 sinif üzrə aktiv sığorta yığımı həyata keçirir. Bunlardan yalnızı biri həyat sığortası ilə bağlıdır. Qurumdan həmçinin o da qeyd edilib ki, NDSX Muxtar Respublika Ali Məclisinin tapşırığı əsasında sığorta xidmətləri göstərir.Qeyd edək ki, Xidmətin həyata keçirdiyi sığorta yığım və ödənişlər Azərbaycan Mərkəzi Bankının hesabatlarında indiyə qədər yer almayıb. Muxtar Respublika üzrə yalnız "Naxçıvan Sığorta" şirkətləri üzrə göstəriciləri izləmək mümkündür.Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə bildirilib ki, NMR Dövlət Sığorta Xidmətinə sığorta xidməti göstərilməsi üçün lisenziya verilməyib."Qanunvericiliyə əsasən, Azərbaycan ərazisində sığorta və təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq lisenziya alınmalıdır. Sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən həyata keçirilir. Mərkəzi Bank verilən, qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan, həmçinin ləğv edilən lisenziyaların reyestrini aparır. Mərkəzi Bankın müvafiq reyestrində Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti adlı qurum mövcud deyil", - deyə AMB-dən əlavə ediblər.Qeyd edək ki, NDSX Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun 2020-ci ildə imzaladığı Fərmanla yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40384/38/403843815_200:0:1800:1200_1920x0_80_0_0_213e3553560b225b3e2f0b9c7faee111.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mərkəzi bank, naxçıvan, sığorta, xidmət
mərkəzi bank, naxçıvan, sığorta, xidmət
AMB: Naxçıvan Dövlət Sığorta Xidməti lisenziyasız fəaliyyət göstərib
20:43 06.12.2022 (Yenilənib: 21:52 06.12.2022) Naxçıvan Dövlət Sığorta Xidməti Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun 2020-ci ildə imzaladığı Fərmanla yaradılıb.
BAKI, 6 dekabr - Sputnik. Naxçıvan Muxtar Respublikası (NMR) Dövlət Sığorta Xidməti (NDSX) lisenziyası olmadan sığorta xidmətləri həyata keçirib.
Naxçıvan Dövlət Sığorta Xidmətindən "APA-Economics"in sualına cavab olaraq bildirilib ki, Xidmət həyat və qeyri-həyat sığorta sinifləri üzrə 5-i icbari, 12-si könüllü olmaqla 17 sinif üzrə aktiv sığorta yığımı həyata keçirir. Bunlardan yalnızı biri həyat sığortası ilə bağlıdır. Qurumdan həmçinin o da qeyd edilib ki, NDSX Muxtar Respublika Ali Məclisinin tapşırığı əsasında sığorta xidmətləri göstərir.
Qeyd edək ki, Xidmətin həyata keçirdiyi sığorta yığım və ödənişlər Azərbaycan Mərkəzi Bankının hesabatlarında indiyə qədər yer almayıb. Muxtar Respublika üzrə yalnız "Naxçıvan Sığorta" şirkətləri üzrə göstəriciləri izləmək mümkündür.
Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə bildirilib ki, NMR Dövlət Sığorta Xidmətinə sığorta xidməti göstərilməsi üçün lisenziya verilməyib.
"Qanunvericiliyə əsasən, Azərbaycan ərazisində sığorta və təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq lisenziya alınmalıdır. Sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən həyata keçirilir. Mərkəzi Bank verilən, qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan, həmçinin ləğv edilən lisenziyaların reyestrini aparır. Mərkəzi Bankın müvafiq reyestrində Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti adlı qurum mövcud deyil", - deyə AMB-dən əlavə ediblər.
Qeyd edək ki, NDSX Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun 2020-ci ildə imzaladığı Fərmanla yaradılıb.