https://sputnik.az/20221205/yuksek-texnologiyalar-parkinda-pua-larla-bagli-aparilan-isler-yekunlasib-449310247.html
Yüksək Texnologiyalar Parkında PUA-larla bağlı aparılan işlər yekunlaşıb
Yüksək Texnologiyalar Parkında PUA-larla bağlı aparılan işlər yekunlaşıb
Sputnik Azərbaycan
Layihənin icra olunmasına ümumilikdə 8 nəfər olmaqla mühəndis, iqtisadçı və informasiya texnologiyaları üzrə mütəxəssislər cəld ediliblər. 05.12.2022, Sputnik Azərbaycan
2022-12-05T23:10+0400
2022-12-05T23:10+0400
2022-12-05T23:10+0400
pua
azərbaycan xəbərləri
rabitə və yüksək texnologiyalar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436886315_0:22:1000:585_1920x0_80_0_0_f260d55f19c20bc49d22de4c0af28234.jpg
BAKI, 5 dekabr — Sputnik. Yüksək Texnologiyalar Parkında (YTP) müxtəlif idarəetmə komandaları və GPS sisteminin qeyri-işlək şəraitdə pilotsuz uçuş aparatlarının (PUA) hərəkət dayanıqlılığının təmin edilməsi və PUA-ların stabilizasiya sisteminin işlənməsi məqsədilə 2022-ci ilin fevral ayından etibarən elmi-tədqiqat və təcrübə işləri üzrə layihəyə start verilib.Bu barədə qurumdan bildirilib.Məlumata görə, layihənin icra olunmasına ümumilikdə 8 nəfər olmaqla mühəndis, iqtisadçı və informasiya texnologiyaları üzrə mütəxəssislər cəld ediliblər."Son zamanlar PUA-lar istər hərbi, istərsə də mülki məqsədlər üçün geniş tətbiq olunur. Bu məqsədlə layihə çərçivəsində qarşıya qoyulan məsələlərin həlli çox vacib hesab olunur. Layihə çərçivəsində qarşıya qoyulan və həll edilən başlıca məsələlər stabilizasiya sisteminin, məsafədən idarəetmə (Receiver və Transmitter) sisteminin və GPS və idarəetmə əlaqələri kəsildikdə təyyarənin özünü idarəetmə alqoritminin işlənməsi, eləcə də tam hazırlanmış modelin müşahidə, spektral analiz, radioekoloji monitorinq, xəritəçəkmə, digər hərbi və mülki layihələrdə tətbiq edilməsini əhatə edir", - YTP-nin açıqlamasında deyilib.Bildirilib ki, bu texnologiyanı istehsal edən ölkələr "gələcək nəsil aviasiya" hesab edilən kosmos və aviasiya sənayesində ən böyük pay sahibi olacaqlar. Eyni zamanda, bu sahədə həyata keçiriləcək istehsal irəli sürülən texnologiyanın mürəkkəb quruluşu sayəsində ölkənin geniş texnoloji qazanc əldə etməsinə şərait yaradacaq.Bu sənayenin əhatə dairəsinə görə çox mürəkkəb şəkildə bir çox elmləri özündə ehtiva etməsi ölkədə təkcə bir sektorda deyil, digər sahələrdə də texnoloji nailiyyətə təsir edərək tədricən inkişafı təmin edir.Qeyd edək ki, bu kimi layihələrin həyata keçirilməsi Azərbaycanda texnoloji inkişafın bu sahədə qabaqcıl olan ölkələrlə əməkdaşlığının artırılması və mütəxəssislərin yetişməsində böyük rolu olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436886315_0:0:820:615_1920x0_80_0_0_5cc5c8b06a59eeb5c6c088d436046e6a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pua, rabitə və yüksək texnologiyalar nazirliyi
pua, rabitə və yüksək texnologiyalar nazirliyi
Yüksək Texnologiyalar Parkında PUA-larla bağlı aparılan işlər yekunlaşıb
Layihənin icra olunmasına ümumilikdə 8 nəfər olmaqla mühəndis, iqtisadçı və informasiya texnologiyaları üzrə mütəxəssislər cəld ediliblər.
BAKI, 5 dekabr — Sputnik. Yüksək Texnologiyalar Parkında (YTP) müxtəlif idarəetmə komandaları və GPS sisteminin qeyri-işlək şəraitdə pilotsuz uçuş aparatlarının (PUA) hərəkət dayanıqlılığının təmin edilməsi və PUA-ların stabilizasiya sisteminin işlənməsi məqsədilə 2022-ci ilin fevral ayından etibarən elmi-tədqiqat və təcrübə işləri üzrə layihəyə start verilib.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, layihənin icra olunmasına ümumilikdə 8 nəfər olmaqla mühəndis, iqtisadçı və informasiya texnologiyaları üzrə mütəxəssislər cəld ediliblər.
"Son zamanlar PUA-lar istər hərbi, istərsə də mülki məqsədlər üçün geniş tətbiq olunur. Bu məqsədlə layihə çərçivəsində qarşıya qoyulan məsələlərin həlli çox vacib hesab olunur. Layihə çərçivəsində qarşıya qoyulan və həll edilən başlıca məsələlər stabilizasiya sisteminin, məsafədən idarəetmə (Receiver və Transmitter) sisteminin və GPS və idarəetmə əlaqələri kəsildikdə təyyarənin özünü idarəetmə alqoritminin işlənməsi, eləcə də tam hazırlanmış modelin müşahidə, spektral analiz, radioekoloji monitorinq, xəritəçəkmə, digər hərbi və mülki layihələrdə tətbiq edilməsini əhatə edir", - YTP-nin açıqlamasında deyilib.
Bildirilib ki, bu texnologiyanı istehsal edən ölkələr "gələcək nəsil aviasiya" hesab edilən kosmos və aviasiya sənayesində ən böyük pay sahibi olacaqlar. Eyni zamanda, bu sahədə həyata keçiriləcək istehsal irəli sürülən texnologiyanın mürəkkəb quruluşu sayəsində ölkənin geniş texnoloji qazanc əldə etməsinə şərait yaradacaq.
Bu sənayenin əhatə dairəsinə görə çox mürəkkəb şəkildə bir çox elmləri özündə ehtiva etməsi ölkədə təkcə bir sektorda deyil, digər sahələrdə də texnoloji nailiyyətə təsir edərək tədricən inkişafı təmin edir.
Qeyd edək ki, bu kimi layihələrin həyata keçirilməsi Azərbaycanda texnoloji inkişafın bu sahədə qabaqcıl olan ölkələrlə əməkdaşlığının artırılması və mütəxəssislərin yetişməsində böyük rolu olacaq.