DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna böhranı Qərblə Rusiya arasında "proksi müharibə"dir - "Politico"

© AP Photo / Roman ChopUkraynada müharibə, arxiv şəkli
Ukraynada müharibə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko daha əvvəl RİA Novosti-yə bildirib ki, Moskva ilə münasibətlərin hər hansı istiləşməsindən danışmağa ehtiyac yoxdur.
BAKI, 5 dekabr — Sputnik. ABŞ-ın "Politico" nəşri Kiyevə böyük həcmdə silahların ötürülməsi fonunda Pentaqonun müdafiə sənayesinin sürətini artırmaq səylərinə həsr olunmuş məqaləsində Ukraynada baş verənləri Qərb və Rusiya arasında "proksi müharibəsi" adlandırıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko daha əvvəl RİA Novosti-yə bildirib ki, Moskva ilə münasibətlərin hər hansı istiləşməsindən danışmağa ehtiyac yoxdur, alyans Rusiyaya qarşı "proxy müharibə" aparır.
Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Ukraynadakı münaqişənin tərəfi deyil və baş verənlərə cəlb olunmasına imkan verməyəcək.
Nəşr qeyd edib ki, dekabrın 3-də Kaliforniyada hərbi rəhbərlərin, Konqres üzvlərinin və müdafiə şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi illik Ronald Reyqan Milli Müdafiə Forumunda "elə bir hiss var idi ki, köhnə pis günlər geri qayıdıb. ABŞ və onun Avropalı müttəfiqləri hələ də problemin öhdəsindən tam gələ bilmirlər".
Çin ABŞ üçün ən böyük uzunmüddətli təhlükə hesab edilsə də, Pentaqonu və müdafiə sənayesini təlaşa salan Ukraynaya qarşı Rusiya ilə müharibədir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl deyib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə təkcə silah tədarükü deyil, o cümlədən, Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması vasitəsilə birbaşa iştirak edir.
Xəbər lenti
0