DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Taxıl dəhlizi" ilə 13 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib

Quru yük gəmisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
"Taxıl sazişi" imzalanan gündən bəri kənd təsərrüfatı məhsulları daşıyan 524 quru yük gəmisi Ukrayna limanlarını tərk edib.
BAKI, 5 dekabr — Sputnik. Ukrayna limanlarından "Taxıl təşəbbüsü" çərçivəsində 13 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.
Nazirlikdən bildirilib ki, "Taxıl sazişi" imzalanandan bəri kənd təsərrüfatı məhsulları daşıyan 524 quru yük gəmisi Ukrayna limanlarını tərk edib.
Türkiyənin Müdafiə Nazirliyindən verilən məlumata görə, "taxıl dəhlizi" vasitəsilə ixrac edilən buğda, qarğıdalı, arpa və digər məhsulların həcmi 13 milyon tonu ötüb.
Xatırladaq ki, iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanmış taxıl sazişi Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. Sazişin müddəti noyabrın 18-də başa çatıb, lakin tərəflərdən heç birinin etirazı olmadan avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə tutulub.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi "belə etirazların olmadığını" bildirərək qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracı üçün "Qara dəniz təşəbbüsü"nün müddət və həcmdə heç bir dəyişiklik olmadan texniki prolonqasiyasına icazə verir.
Xəbər lenti
0