CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal bölgəsində temperatur mənfi 11 dərəcəyədək enib

© AP Photo / Michael DwyerQarlı hava şəraiti, arxiv şəkli
Qarlı hava şəraiti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Xızının Altıağac qəsəbəsində 11 santimetr hündürlüyündə qar yağıb.
BAKI, 5 dekabr — Sputnik. Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Qubanın rayon mərkəzində qarın hündürlüyü 3 sm, Xaltan və Qrız kəndlərində 2 sm olub.
Xızının Altıağac qəsəbəsində 11 sm, Qusarın rayon mərkəzində isə 2 sm qar müşahidə olunub.
Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burada havanın temperaturu mənfi 11 dərəcəyədək enib.
Xəbər lenti
0