Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Samir Şərifov BVF-nin nümayəndəsi ilə görüşüb

© Sputnik / Murad OrujovSamir Şərifov
Samir Şərifov  - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Tərəflər BVF ilə mövcud əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparıblar.
BAKI, 5 dekabr — Sputnik. Dekabrın 5-də maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Qazaxıstanda yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke ilə görüşüb.
Görüşdə Mərkəz tərəfindən Azərbaycanda həyata keçirilən texniki yardım layihələrinin, o cümlədən fiskal risklərin idarə olunması, makrofiskal proqnozlaşdırma və modelləşdirmə, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə texniki yardım layihələrinin icra vəziyyəti diqqət mərkəzində olub.
Tərəflər həmçinin, BVF ilə mövcud əlaqələrin hazırki vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparıblar.
Xəbər lenti
0