CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarlı havada yollarda son vəziyyət - Rəsmi açıqlama

© AP Photo / Don PetersenQarlı havada avtomobil, arxiv şəkli
Qarlı havada avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Eksklüziv
Anar Nəcəfli bildirib ki, yağıntı intensivləşərsə, şaxtalı hava olarsa, yolların buzlaşacağının qarşısını almaq üçün zəruri tədbirlər görüləcək.
BAKI, 5 dekabr — Sputnik. Azərbaycanda qeyri-sabit hava şərati ilə bağlı dünəndən etibarən yol polisi bəzi yollarda sürət həddini aşağı endirib. Dağlıq rayonların magistral yollarında yol polisi gücləndirilmiş iş rejiminə keçib. Bəs görəsən, hazırda dağlıq ərazilərdəki yollarda vəziyyət necədir?
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda dağlıq ərazilərdəki yollarda vəziyyət normaldır:
"Dağlıq bölgələrimizdə magistral yollarda hərəkət dayandırılmayıb. Texnikalarımızla yollara nəzarət edilir, ehtiyac olduqda duz-qum səpilir".
© © APAПресс-секретарь сервисного автодорожного ОАО Azəravtoyol Анар Наджафли
Пресс-секретарь сервисного автодорожного ОАО Azəravtoyol Анар Наджафли - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Пресс-секретарь сервисного автодорожного ОАО Azəravtoyol Анар Наджафли
Bununla belə, A.Nəcəfli yağıntılar intensivləşərsə, problemlərin yaranacağının qaçılmaz olduğunu bildirib: "Bizim kifayət qədər duz-qum ehtiyatımız var. Amma hər şey hava şəraitindən asılıdır. Yağıntı intensivləşərsə, şaxtalı hava olarsa, yolların buzlaşacağının qarşısını almaq üçün zəruri tədbirlər görüləcək. Hələ ki, yollarda elə bir buzlaşma, çətinlik müşahidə olunmur".
A.Nəcəfli işğaldan azad edilmiş bölgələrimizdə ən çətin vəziyyətin Kəlbəcər istiqamətində yollarda müşahidə olunduğunu bildirdi: "Bununla belə, o ərazilərdə bizim dayaq nöqtələrimiz, briqadalarımız var. Lazımi sayda texnika, qartəmizləyən maşınlar o ərazilərdə növbə çəkir. Yollar qar yağdıqca təmizlənir, qum-duz səpilir".
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün yollarda nəzarət tədbirlərini gücləndirib.
Xəbər lenti
0