Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qafqazın şeyxi Moskvaya gedəcək

© Sputnik / Murad OrujovŞəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir
Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir  - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Tədbir Peyğəmbər Məhəmməd salavatullahın hicrətinin 1400 illiyi, Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunub.
BAKI, 5 dekabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 6-9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq. Bu barədə QMİ-dən məlumat verilib.
Bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadə dekabrın 8-9-da Moskva şəhərində keçiriləcək "Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri" mövzusunda 18-ci Beynəlxalq Müsəlman Forumunda iştirak edəcək.
Tədbir Peyğəmbər Məhəmməd salavatullahın hicrətinin 1400 illiyi, Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunub.
"Beynəlxalq Müsəlman Forumu" təşkilatının, Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin təşkilatçılığı ilə baş tutan mötəbər Forumda mötədillik, mehriban qonşuluq, konfessiyalar və millətlər arası anlaşma, ümmətdaxili münasibətlər kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Forumda məruzə ilə çıxış edəcək, tədbir çərçivəsində tədbirlərdə iştirak edəcək, nüfuzlu din xadimləri ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kiril həzrətləri ilə görüşü nəzərdə tutulur. Dini liderlər Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dinlərarası dialoq və əməkdaşlıq sahəsində perspektivləri müzakirə edəcəklər.
Xəbər lenti
0