SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ombudsman ermənilərin vandalizm aktları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

© Photo : Ombudsman's Office of AzerbaijanOmbudsman Səbinə Əliyeva
Ombudsman Səbinə Əliyeva - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlərin görülməsi üçün qəti tədbirlər görməyə çağırıb.
BAKI, 5 dekabr - Sputnik. Ombudsman Zəngilanda ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Ombudsman Aparatının yaydığı müraciətdə deyilir:
"Sosial şəbəkələrdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vandalizm aktlarını özündə əks etdirən növbəti video yayılıb. Videodan da göründüyü kimi işğaldan azad edilmiş Zəngilan rayonunda soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqdakı məzarlar ermənilər tərəfindən qəsdən dağıdılıb, qəbir abidələri tanınmaz hala salınıb.
Bütün bu faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində Azərbaycana qarşı etnik və dini zəmində nifrət, düşmənçilik, dözümsüzlük və vandalizm siyasətini həyata keçirdiyini əyani şəkildə sübut edir.
Azərbaycanlılara məxsus qəbirlərin vəhşicəsinə dağıdılması “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının, YUNESKO-nun 1972-ci il tarixli “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının və 1954-cü iltarixli Avropa Mədəniyyət Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dini abidələrin, qəbirstanlıqların dağıdılaraq təhqir edilməsi, eyni zamanda həmin ərazilərin minalanması faktlarını şiddətlə pisləyir, bir daha beynəlxalq və regional təşkilatları, milli insan hüquqları institutlarını bu kimi çoxsaylı vandalizm əməllərinin törətməsində təqsirkar olan Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlərin görülməsi üçün qəti tədbirlər görməyə çağırıram".
Xəbər lenti
0