https://sputnik.az/20221205/nisanli-qizlarin-gorusden-qabaq-yaydigi-feseli-nece-hazirlanir-449281117.html
"Nişanlı qızların görüşdən qabaq" yaydığı fəsəli necə hazırlanır
"Nişanlı qızların görüşdən qabaq" yaydığı fəsəli necə hazırlanır
Sputnik Azərbaycan
Milli mətbəx nümunələrindən olan fəsəli xalqımızın sevilən təamlarındandır. Bu gün elə də kütləvi bişirilməyən fəsəlini qərb bölgəsində ağbirçək nənələrimiz... 05.12.2022, Sputnik Azərbaycan
2022-12-05T10:01+0400
2022-12-05T10:01+0400
2022-12-05T10:01+0400
video
azərbaycan
qərb
resept
yemək
fəsəli
https://cdnn1.img.sputnik.az/img/07e6/06/17/443235517_0:0:1920:1080_1920x0_80_0_0_6ce25ed5d7dbffb8cfcdd7b41774d497.jpg
Fəsəlinin hazırlanma qaydasından danışan Tovuz rayon sakini Sevil Poladova onun bişirilməsinin 1 saata yaxın vaxt tələb etdiyini deyir.Sevil xanım deyir ki, fəsəlini digər oxşar xəmir məmulatlarından fərqləndirən onun daha çox yağla bişirilməsidir. Fəsəlinin hazırlanmasında 150-200 qram yağ istifadə olunur. Alınan yağlı xəmir yayılır. Sonra oxlovla deşiklər açılıaraq sac üstündə bişirilir.S.Poladova sacın çox isti olmamasını, fəsəlinin altnın, üstünün və ortasınn eyni anda bişməli olduğunu deyib."Bu oxlovla açılan deşiklərə yağ əlavə olunur. Sacı çox isti etmək olmaz, çünki fəsəli yanar. Hər üzü yaxşı bişməlidir ki, içərisi xəmir qalmasın", - o, əlavə edib.Fəsəli sacın üzərində bişdikcə onun üzərinə yenə yağ əlavə edilir. Hər yeri tam bişməsinə əmin olunduqdan sonra isə sacdan götürülür. Süfrəyə verildikdə isə üzərinə şəkər tozu əlavə olunur. S.Poladova şəkər tozunun zövqə görə əlavə edildiyini deyib. Şirin sevməyən adamlar onu adi qaydada da yeyə biləcəyini söyləyib.Fəsəli həm isti, həm də soyuq yeyilir. İstəyə görə çay, qəhvə və kakao ilə yeyilə bilər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/17/443235517_290:0:1730:1080_1920x0_80_0_0_d95449707b0b0e78371f3ffce07a5e82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, qərb, resept, yemək, видео, fəsəli
azərbaycan, qərb, resept, yemək, видео, fəsəli
"Nişanlı qızların görüşdən qabaq" yaydığı fəsəli necə hazırlanır
Milli mətbəx nümunələrindən olan fəsəli xalqımızın sevilən təamlarındandır. Bu gün elə də kütləvi bişirilməyən fəsəlini qərb bölgəsində ağbirçək nənələrimiz, zəhmətkeş analarımız unutmağa qoymur, qız gəlinlərə öyrədirlər.
Fəsəlinin hazırlanma qaydasından danışan Tovuz rayon sakini Sevil Poladova onun bişirilməsinin 1 saata yaxın vaxt tələb etdiyini deyir.
"Fəsəlinin xəmiri nə bərk olmur nə boş olmur, eyni yuxa xəmiri kimi hazırlanır. Yoğurub, kündəliyib 3 hissəyə bölürük. Sonra yuxa kimi yayırıq. Yaydıqdan sonra yuxalar yağlanaraq üst-üstə yığılır. Bundan sonra onu bir kündə kimi birləşdirib yenidən yayırıq. Bunu fəsəlimizin qat-qat olması üçün edirik", - o bildirir.
Sevil xanım deyir ki, fəsəlini digər oxşar xəmir məmulatlarından fərqləndirən onun daha çox yağla bişirilməsidir. Fəsəlinin hazırlanmasında 150-200 qram yağ istifadə olunur. Alınan yağlı xəmir yayılır. Sonra oxlovla deşiklər açılıaraq sac üstündə bişirilir.
S.Poladova sacın çox isti olmamasını, fəsəlinin altnın, üstünün və ortasınn eyni anda bişməli olduğunu deyib.
"Bu oxlovla açılan deşiklərə yağ əlavə olunur. Sacı çox isti etmək olmaz, çünki fəsəli yanar. Hər üzü yaxşı bişməlidir ki, içərisi xəmir qalmasın", - o, əlavə edib.
Fəsəli sacın üzərində bişdikcə onun üzərinə yenə yağ əlavə edilir. Hər yeri tam bişməsinə əmin olunduqdan sonra isə sacdan götürülür. Süfrəyə verildikdə isə üzərinə şəkər tozu əlavə olunur. S.Poladova şəkər tozunun zövqə görə əlavə edildiyini deyib. Şirin sevməyən adamlar onu adi qaydada da yeyə biləcəyini söyləyib.
Fəsəli həm isti, həm də soyuq yeyilir. İstəyə görə çay, qəhvə və kakao ilə yeyilə bilər.