Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

İlham Əliyev Hulusi Akar və Türkiyə hərbi rəhbərliyini qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Görüşdə Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirilib.
BAKI, 5 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxildir.
Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə 2022-ci ilin də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox uğurlu il olduğu bildirilib, əlaqələrin bütün sahələrdə, o cümlədən hərbi sahədə daha da gücləndiyi vurğulanıb. Bu baxımdan, hazırda ölkədə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı qeyd edilib. Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirilib.
Azərbaycana səfərinin ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində olduğunu deyən Hulusi Akar ulu öndərin xatirəsinin Türkiyədə daim dərin ehtiramla anıldığını bir daha vurğulayıb.
Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərin inkişafında rolu xüsusi olaraq qeyd edilib və iki dövlət başçısının müəyyənləşdirdiyi qərarlar əsasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi məmnunluqla vurğulanıb.
Hulusi Akarın ölkəyə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
***
Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər ediblər.
Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.
Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.
Xəbər lenti
0