https://sputnik.az/20221205/gozellik-ondur-doqquzu-449273185.html
Gözəllik ondur, doqquzu....
Gözəllik ondur, doqquzu....
Sputnik Azərbaycan
Bu gün ölkəmizdə estetik əməliyyatlar etdirənlərin sayı durmadan artır. Ən çox dəyişənlər qadınlar olsa da, kişilər də "qonşudan qalma dala" prinsipini əsas... 05.12.2022, Sputnik Azərbaycan
2022-12-05T09:01+0400
2022-12-05T09:01+0400
2022-12-05T09:01+0400
cəmiyyət
estetik əməliyyat
məşhur müğənni
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425737697_0:6:2001:1131_1920x0_80_0_0_1be0f8e423f93dbd6ca05f3205d4f27d.jpg
BAKI, 5 dekabr — Sputnik. Yerli məşhurlar tez-tez olmasa da, imiclərini dəyişirlər. Bəziləri fərqli və daha gözəl görünmək üçün plastik əməliyyatlardan istifadə ediblər. Azərbaycanda ilk dəfə burnundan əməliyyat keçirmiş xalq artisti Əminə Yusifqızı olub. Həmin əməliyyatı artist Sovet dövründə Gürcüstanda etdirib.Əminə xanımdan sonra Sovetlər dönəmində bu riskli addımı xalq artisti Flora Kərimova atıb. Hər iki xanımın əməliyyatları Gürcüstanda həyata keçib.Azərbaycan şou-biznesində ən çox plastik əməliyyat keçirən müğənnin kim olduğunu düşünsək, heç şübhəsiz, ilk olaraq ağla xalq artisti Aygün Kazımova gələcək. O, saysız-hesabsız əməliyyat keçirib. Lakin bir çox həmkarlarından fərqli olaraq bunu mediadan gizlətməyib.Aygün Kazımova Azərbaycanda yeganə müğənnidir ki, əməliyyat etdirərkən klip də çəkdirib. "Tez gəl" adlı mahnısına çəkilmiş klip plastik əməliyyat zamanı lentə alınıb. Təkcə burnunu 3 dəfə əməliyyat etdirən müğənni bu barədə fəxrlə danışır. Bir neçə dəfə sinəsinin və dodaqlarının görüntüsünü dəyişib, liposaksiya etdirib. Mətbuata verdiyi açıqlamaya görə, müğənni iki qabırğasını da çıxartdırıb. Hər addımı ilə diqqət çəkən, tez-tez imicini dəyişən "diva" bu dəfə buxaq nahiyəsindəki piylərdən azad olub. İkinci pillədə isə müğənni Rəqsanə İsmayılova dayanır. Müğənni 10 dəfədən çox əməliyyat masasına uzanıb. Bədəninin müxtəlif yerlərini korreksiya etdirib, o cümlədən üzündə də estetik əməliyyatlar aparıb. Rəqsanə hər keçirdiyi əməliyyat haqqında mətbuatı məlumatlandırıb.Plastik əməliyyatlardan sonra yeni görünüşlərindən narazı qalan məşhurlarımız da az deyil. Müğənni Röya Ayxan burnunda keçirdiyi əməliyyatın uğursuz olduğunu dəfələrlə mətbuata açıqlayıb. O, yenidən burnunu əməliyyat etdirəcəyini deyib. Bundan əlavə o, dodağına bir neçə il öncə gel vurdurub. Amma bunu etiraf etmir. Hətta sosial şəbəkədəki səhifəsində də bu barədə məlumat verib."Məktəb illəri" mahnısı ilə tanınan əməkdar artist Lalə Məmmədova da büsbütün dəyişən məşhurlardandır. Müğənni bu yaxınlarda "Ziq-zaq" proqramında etdirdiyi plastik əməliyyatlardan danışıb:Müğənni Xatirə İslam da dəfələrlər plastik əməliyyat etdirib. Lakin müğənni hər dəfə yayılan xəbərləri inkar edir. Qeyd edək ki, bu yaxınlarda da müğənninin xəstəxanada fotoları yayılıb. Xatırladaq ki, Xatirə İslam bir müddət əvvəl də Siruz Qoçxaniyə müraciət edərək liposaksiya üsulu ilə artıq piylərindən azad olub. Onun qarın nahiyəsindən 3 litrə yaxın piy çıxarılıb.Müğənnilərlə yanaşı, aparıcılar da estetik əməliyyatlardan yan keçməyiblər. Onlar bunu etiraf etməsələr də arxiv fotoları onların yalanlarını ifşa edir. Büsbütün dəyişənlər sırasında liderliyi Nanə Ağamalıyeva, Afaq Gəncəli və Xoşqədəm Hidayətqızı tutur.Qadınlarla yanaşı, bir çox kişi müğənnilərimiz də plastik əməliyyatlar etdirib. Kişi sənətçilərimiz də "qonşudan qalma dala" prinsipini əsas gətirərək, öz imiclərində yenilik etmək, dəyişmək, hətta plastik əməliyyat etməkdən belə çəkinmirlər.Xalq artisti Faiq Ağayev plastik əməliyyat etdirənlər sırasındadır. Lakin o, bunu heç zaman etiraf etməyib. Sənətçi yalnız gözlərində etdiyi əməliyyatı etiraf edib.Bir müddət öncə xəbər saytları müğənni Niyam Salaminin sifət cizgilərinə estetik müdaxilə etdirdiyi haqda xəbərlər dərc etmişdi. İddiaya görə, ifaçı üzgərmə əməliyyatı keçirib. Bundan başqa, onun yanaq hissələrində dolğunun olduğu da bildirilir.Müğənninin arxiv fotoları ilə yeni görüntülərinin müqayisə edilməsi bu iddianın yaranmasına səbəb olub.Xatırladaq ki, "Kişi əgər səhnə adamıdırsa, qaşını da aldırmalıdır, üz-gözünə də əl gəzdirməlidir" - deyə Niyam Salami açıqlamasında bildirmişdi.Səmimiliyi ilə seçilən Samir Bağırov isə heç zaman əməliyyat olunmasını mediadan gizlətməyib. O, üzündə, bədəninin bir neçə yerində əməliyyat keçirib.Tanınmış müğənni Elçin Cəfərov burnunu əməliyyat etdirib:Müğənnilər Cavanşir Məmmədov, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu isə saç əkdirən məşhurlar sırasındadırlar.Lakin təəssüf ki, gözəllik üçün atılan addım bəzən həyat bahasına başa gəlir. İlk dəfə uğursuz plastik əməliyyatın qurbanı mərhum müğənni Nəzakət Məmmədova olub. Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən, bıçağın boğazdakı şah damara dəyməsi onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.Mərhum müğənni Reyhan Müslümova da məhz plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən müğənni artıq piylərdən azad olmaq məqsədi ilə liposaksiya etdirərkən dünyasını dəyişib.Məşhur Xalq artisti Amaliya Pənahova da plastik əməliyyat keçirən məşhurlardan olub. Məlumatlara görə, onun əməliyyatları onu ölümünə yaxın pis vəziyyətə salıb. Lakin aktrisa sağikən haqqında çıxan əməliyyat xəbərlərinə çox əsəbiləşdiyini, estetik əməliyyatın pis bir şey olmadığını deyib:İyirmi iki yaşlı model Leyla Oruclu da estetik əməliyyatdan sonra dünyasını dəyişən məşhurlardandır. Məlum olduğu kimi, Leyla 22 iyun 2017-ci ildə ailəsindən xəbərsiz liposaksiya (piy sovurma) əməliyyatına girib. Yaxınlarının verdiyi məlumata görə, Leyla onu narahat edən belindəki piy qatını idmanla da ideallaşdıra bilərdi. Lakin digər gənc qızlar kimi o da estetik əməliyyatla bu problemdən azad olmağa çalışıb.Nəticədə gənc qız əməliyyatdan iki gün sonra, pioemboliya diaqnozundan (piy parçasının damarda tıxanıqlıq yaratması) dünyasını dəyişib.Yaxınları gənc qızın əməliyyatı həyata keçirən iranlı cərrah Siruz Qoçxaninin səriştəsizliyi ucbatından dünyasını dəyişdiyini desələr də, həkim olayda günahsız olduğunu bildirib:"Mən ona dedim ki, "qızım, bu sənə lazım olan əməliyyat deyil". Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyişir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425737697_9:0:1806:1348_1920x0_80_0_0_093343c38050bfdfbfe549eeaa625665.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
estetik əməliyyat, məşhur müğənni
estetik əməliyyat, məşhur müğənni
Gözəllik ondur, doqquzu....
Bu gün ölkəmizdə estetik əməliyyatlar etdirənlərin sayı durmadan artır. Ən çox dəyişənlər qadınlar olsa da, kişilər də "qonşudan qalma dala" prinsipini əsas gətirərək, öz imiclərində yenilik etmək, hətta plastik əməliyyat etməkdən belə çəkinmirlər.
BAKI, 5 dekabr — Sputnik. Yerli məşhurlar tez-tez olmasa da, imiclərini dəyişirlər. Bəziləri fərqli və daha gözəl görünmək üçün plastik əməliyyatlardan istifadə ediblər. Azərbaycanda ilk dəfə burnundan əməliyyat keçirmiş xalq artisti Əminə Yusifqızı olub. Həmin əməliyyatı artist Sovet dövründə Gürcüstanda etdirib.
Əminə xanımdan sonra Sovetlər dönəmində bu riskli addımı xalq artisti Flora Kərimova atıb. Hər iki xanımın əməliyyatları Gürcüstanda həyata keçib.
Azərbaycan şou-biznesində ən çox plastik əməliyyat keçirən müğənnin kim olduğunu düşünsək, heç şübhəsiz, ilk olaraq ağla xalq artisti Aygün Kazımova gələcək. O, saysız-hesabsız əməliyyat keçirib. Lakin bir çox həmkarlarından fərqli olaraq bunu mediadan gizlətməyib.
Aygün Kazımova Azərbaycanda yeganə müğənnidir ki, əməliyyat etdirərkən klip də çəkdirib. "Tez gəl" adlı mahnısına çəkilmiş klip plastik əməliyyat zamanı lentə alınıb. Təkcə burnunu 3 dəfə əməliyyat etdirən müğənni bu barədə fəxrlə danışır. Bir neçə dəfə sinəsinin və dodaqlarının görüntüsünü dəyişib, liposaksiya etdirib. Mətbuata verdiyi açıqlamaya görə, müğənni iki qabırğasını da çıxartdırıb. Hər addımı ilə diqqət çəkən, tez-tez imicini dəyişən "diva" bu dəfə buxaq nahiyəsindəki piylərdən azad olub.
İkinci pillədə isə müğənni Rəqsanə İsmayılova dayanır. Müğənni 10 dəfədən çox əməliyyat masasına uzanıb. Bədəninin müxtəlif yerlərini korreksiya etdirib, o cümlədən üzündə də estetik əməliyyatlar aparıb. Rəqsanə hər keçirdiyi əməliyyat haqqında mətbuatı məlumatlandırıb.
Plastik əməliyyatlardan sonra yeni görünüşlərindən narazı qalan məşhurlarımız da az deyil. Müğənni Röya Ayxan burnunda keçirdiyi əməliyyatın uğursuz olduğunu dəfələrlə mətbuata açıqlayıb. O, yenidən burnunu əməliyyat etdirəcəyini deyib. Bundan əlavə o, dodağına bir neçə il öncə gel vurdurub. Amma bunu etiraf etmir. Hətta sosial şəbəkədəki səhifəsində də bu barədə məlumat verib.
"Məktəb illəri" mahnısı ilə tanınan əməkdar artist Lalə Məmmədova da büsbütün dəyişən məşhurlardandır. Müğənni bu yaxınlarda "Ziq-zaq" proqramında etdirdiyi plastik əməliyyatlardan danışıb:
"Plastik əməliyyatlarımın sayını itirmişəm. Başqaları kimi demirəm ki, oturdum, anadangəlmə dünya gözəli idim. Üzümdə təkcə burnuma müdaxilə etdirmişəm. Ana olmuşam, iki övlad dünyaya gətirmişəm. Səhnə adamıyam, nə cür olmalı idi? Elə qadınlar var ki, səhnə adamı deyil, amma özlərinə baxır. Şişirtməklə yox, kəsib-doğramaqla dəyişirəm. Bir şey varsa, gözümə görünürsə, kəsib yox edirəm. Bu mənim daxilimdir, oynanılası nəsə yoxdur".
Müğənni Xatirə İslam da dəfələrlər plastik əməliyyat etdirib. Lakin müğənni hər dəfə yayılan xəbərləri inkar edir. Qeyd edək ki, bu yaxınlarda da müğənninin xəstəxanada fotoları yayılıb. Xatırladaq ki, Xatirə İslam bir müddət əvvəl də Siruz Qoçxaniyə müraciət edərək liposaksiya üsulu ilə artıq piylərindən azad olub. Onun qarın nahiyəsindən 3 litrə yaxın piy çıxarılıb.
Müğənnilərlə yanaşı, aparıcılar da estetik əməliyyatlardan yan keçməyiblər. Onlar bunu etiraf etməsələr də arxiv fotoları onların yalanlarını ifşa edir. Büsbütün dəyişənlər sırasında liderliyi Nanə Ağamalıyeva, Afaq Gəncəli və Xoşqədəm Hidayətqızı tutur.
Qadınlarla yanaşı, bir çox kişi müğənnilərimiz də plastik əməliyyatlar etdirib. Kişi sənətçilərimiz də "qonşudan qalma dala" prinsipini əsas gətirərək, öz imiclərində yenilik etmək, dəyişmək, hətta plastik əməliyyat etməkdən belə çəkinmirlər.
Xalq artisti Faiq Ağayev plastik əməliyyat etdirənlər sırasındadır. Lakin o, bunu heç zaman etiraf etməyib. Sənətçi yalnız gözlərində etdiyi əməliyyatı etiraf edib.
Bir müddət öncə xəbər saytları müğənni Niyam Salaminin sifət cizgilərinə estetik müdaxilə etdirdiyi haqda xəbərlər dərc etmişdi. İddiaya görə, ifaçı üzgərmə əməliyyatı keçirib. Bundan başqa, onun yanaq hissələrində dolğunun olduğu da bildirilir.
Müğənninin arxiv fotoları ilə yeni görüntülərinin müqayisə edilməsi bu iddianın yaranmasına səbəb olub.
Xatırladaq ki, "Kişi əgər səhnə adamıdırsa, qaşını da aldırmalıdır, üz-gözünə də əl gəzdirməlidir" - deyə Niyam Salami açıqlamasında bildirmişdi.
Səmimiliyi ilə seçilən Samir Bağırov isə heç zaman əməliyyat olunmasını mediadan gizlətməyib. O, üzündə, bədəninin bir neçə yerində əməliyyat keçirib.
Tanınmış müğənni Elçin Cəfərov burnunu əməliyyat etdirib:
""Şeron" qrupunda çıxış etdiyim zaman axşam saatlarında evimizə gedirdim, bir də gördüm ki, məhəllədə 3 nəfər dayanıb. Onların yanından keçəndə məni yumruqla vurdular. Uzandım yerə, burnumdan qan açıldı. Məni təpiklədilər, hətta bıçaq da çıxarmışdılar. Başa düşə bilmirdim ki, nə olub? Nə baş verir? Bir sözlə, məni döydülər, qaçdılar. İndiyə qədər bilmirəm ki, səbəb nə idi. Həmin vaxtdan burnumda problemlər var idi, nəfəs ala bilmirdim. "M", "N" hərflərini deməyə çətinlik çəkirdim. Məcburiyyətdən burun əməliyyatı etdirməli oldum".
Müğənnilər Cavanşir Məmmədov, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu isə saç əkdirən məşhurlar sırasındadırlar.
Lakin təəssüf ki, gözəllik üçün atılan addım bəzən həyat bahasına başa gəlir. İlk dəfə uğursuz plastik əməliyyatın qurbanı mərhum müğənni Nəzakət Məmmədova olub. Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən, bıçağın boğazdakı şah damara dəyməsi onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.
Mərhum müğənni Reyhan Müslümova da məhz plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən müğənni artıq piylərdən azad olmaq məqsədi ilə liposaksiya etdirərkən dünyasını dəyişib.
Məşhur Xalq artisti Amaliya Pənahova da plastik əməliyyat keçirən məşhurlardan olub. Məlumatlara görə, onun əməliyyatları onu ölümünə yaxın pis vəziyyətə salıb. Lakin aktrisa sağikən haqqında çıxan əməliyyat xəbərlərinə çox əsəbiləşdiyini, estetik əməliyyatın pis bir şey olmadığını deyib:
"Mənə telefonla zəng edib hansısa məsələdə fikir alanda cavab vermirəm. Çünki qarşımdakını tanımıram. Üzbəüz verirəm müsahibələri. İnciyənlər də olur. Sonra şəkillərimi fotoşop edib, yalan-yalan şeylər yazırlar. Sənə nə var mənim sifətim nə cürdür? Mənə nə cür yaşayacağımı öyrədə bilməzlər. Onlar özləri özlərini alçaldır. Heç kim özünü gülünc vəziyyətə salmaq istəməz. Əgər belə olubsa, onun günahı deyil, edənindir. Estetik əməliyyat pis şey deyil".
İyirmi iki yaşlı model Leyla Oruclu da estetik əməliyyatdan sonra dünyasını dəyişən məşhurlardandır. Məlum olduğu kimi, Leyla 22 iyun 2017-ci ildə ailəsindən xəbərsiz liposaksiya (piy sovurma) əməliyyatına girib. Yaxınlarının verdiyi məlumata görə, Leyla onu narahat edən belindəki piy qatını idmanla da ideallaşdıra bilərdi. Lakin digər gənc qızlar kimi o da estetik əməliyyatla bu problemdən azad olmağa çalışıb.
Nəticədə gənc qız əməliyyatdan iki gün sonra, pioemboliya diaqnozundan (piy parçasının damarda tıxanıqlıq yaratması) dünyasını dəyişib.
Yaxınları gənc qızın əməliyyatı həyata keçirən iranlı cərrah Siruz Qoçxaninin səriştəsizliyi ucbatından dünyasını dəyişdiyini desələr də, həkim olayda günahsız olduğunu bildirib:
"Mən ona dedim ki, "qızım, bu sənə lazım olan əməliyyat deyil". Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyişir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq".