Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

FHN: Qəbələdə itkin düşən şəxsin axtarışları davam edir

© Sputnik / Irade JELILÇevik Xilasetmə İdarəsinə press-tur
Çevik Xilasetmə İdarəsinə press-tur  - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
BAKI, 5 dekabr — Sputnik. Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin axtarışları davam edir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 30-da 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun rayonun mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşməsi barədə nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış işlərinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hazırda ərazidə hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, FHN-in qüvvələri tərəfindən vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə - Dəmiraparan çayının şimal-şərq hissəsi və Şonqar dağında meşənin dərinliklərinə doğru axtarış işləri davam etdirilir.
Xəbər lenti
0